BolgeXeber.Com » Bölgə » Qusar şəhər bələdiyyəsinin sədri qusarlıları cana yığıb

Qusar şəhər bələdiyyəsinin sədri qusarlıları cana yığıb

22-08-2015, 12:40
Oxunub: 3 515 Qusar şəhər bələdiyyəsinin sədri qusarlıları cana yığıbƏlfəddin İbrahimov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir

Bələdiyyələrin fəaliyyəti uzun illərdir ki, tənqid atəşinə tutulur. Buna baxmayaraq bələdiyyələr fəaliyyətlərində əsaslı dönüş etmirlər. Hər kəsə məlumdur ki, ölkəmizdə bələdiyyələr özləri üçün çalışırlar. Xalqın problemləri onları zərrə qədər də olsa maraqlandırmır. Yalnız və yalnız öz maraqları naminə fəaliyyət göstərirlər. Fəaliyyətində bir sıra nöqsanlara yol verən bələdiyyələrdən biri də Qusar Şəhər Bələdiyyəsidir. Sözügedən bələdiyyənin sədri sakinlərin başına min bir oyun açır. Qeyd edək ki, bələdiyyə sədri İbrahimov Əlfəddin Qeysəddin oğludur. Bu şəxsin fəaliyyəti boyunca bir nəfər Qusar sakini ondan razı olmayıb. Bələdiyyə sədri bu vaxta qədər özünü doğrulda bilməyib. Bu şəxsin ünvanına heç də yaxşı sözlər deyilmir. Belə ki, bu şəxs vəzifəyə bir sıra vəzifəli şəxslərin maraqlarını təmin edə -edə gəlib. Sədr olan gündən isə yalnız özünü düşünür.

Qeyd edək ki, sözügedən bələdiyyənin fəaliyyətsizliyi Qusar sakinlərini cana yığıb. Əlfəddin İbrahimov bələdiyyənin balansında olan torpaq sahələrini qanunsuz şəkildə icarəyə verir. Qanunsuz torpaq satışıyla məşğuldur. Bələdiyyəyə ayrılan dövlət vəsaitini hara xərclədiyi bəlli deyil. Çünki rayonda heç bir işin görülmədiyi onu deməyə əsas verir ki, bələdiyyə sədri büdcəni təyinatı üzrə xərcləmir. Demək olar ki, bu şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü üçün hər cür şərait qurur. Deyilənə görə, bələdiyyə sədrinin Qusarda bir neçə obyekti fəaliyyət göstərir. Camaatdan yığdığı vergi və ödənişləri vaxtlı-vaxtında büdcəyə ödəmir. Əlfəddin İbrahimov indiyə qədər rayonda abadlıq-quruculuq işləri görməyib. Balansında olan yolların bərpasına belə cəhdlər etməyib. Balansında olan parklar, yollar baxımsızlıqdan əziyyət çəkir. Təəssüf ki, bu hallar bələdiyyə sədrini qətiyyən narahat etmir. Lakin rayon sakinləri bələdiyyə sədrinin fəaliyyətindən birmənalı şəkildə narazıdırlar. Bu şəxsin sədrlikdən getməsini tələb edirlər. Ona görə Qusarda vəziyyət artıq pisləşməyə doğru gedir. Halbuki Qusar bələdiyyəsinin büdcəsi bütün bu sadalananları həyata keçirmək üçün yetərlidir. Təəssüflə də olsa qeyd edək ki, sözügedən dövlət qurumu öhdəliklərini həyata keçirməkdə maraqlı deyil. Bundan sonra da nəsə edəcəyinə ümid edilmir. Çünki bu şəxsi yalnız və yalnız maddiyat maraqlandırır. Əldə etdiyimiz məlumata görə, bələdiyyə sədri ancaq və ancaq əlavə qazanc yeri axtarır. Bu şəxs öhdəliklərindən savayı hər şeyi düşünür. Bizdə olan məlumata görə, bələdiyyə sədri vəzifəyə gələn kimi ilk işi rayondakı boş torpaq sahələrini qohum -əqrəbasının adına sənədləşdirmək olub.

Qusar bələdiyyəsi rayonda qazanılmış nailiyyətlərə daim kölgə salmağa çalışıb.

Fəaliyyəti dövründə əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına, onlara göstərilən xidmətlərin yüksək səviyyədə təşkil edilməsinə səy göstərməyib. Hələ bu vaxta qədər bələdiyyə iclası təşkil edəndə rayon camaatının problemlərini müzakirə etməyib. Rayon sakinlərinin sözlərinə görə, hələ bu vaxta qədər bələdiyyə sədri bir dəfə də olsun onları qəbul etməyib. Bu şəxs həmişə vaxtının olmamasını bildirərək sakinləri qəbul etməkdən qaçıb.

Bələdiyyənin ən böyük özəlliyi onun özünü idarə etməsidir. Bələdiyyə öz fəaliyyəti ilə həm də dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etməlidir. Yerli sakinlərin müəyyən çətinliklərini aradan qaldırmaqla dövlətin daha böyük probleminin həllinə kömək etmiş olur. Təəssüf ki, adını çəkdiyimiz qurum bütün bunlardan kənarda qalıb.
gundelik-baku.com


Qarşı tərəfi də dinləməyə hazırıq.
Qusar şəhər bələdiyyəsinin sədri qusarlıları cana yığıb