Tələbə adı qazanmış gənclərlə görüş keçirildi-Tərtərdə (FOTOLAR)
3-09-2015, 17:18
Oxunub: 10 495
Sentyabrın 3-də ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə Tərtər rayon icra hakimiyyəti başçısının görüşü keçirilmişdir
Bolgexeber.com xəbər verir ki,tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev açmış, tələbə adını qazanmış gəncləri təbrik edərək, bildirmişdir ki, rayonda 34 tam, 10 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 9372 nəfər şagirdin təlim-tərbiyyəsi ilə 1240 nəfər müəllim məşğul olur. Müəllimlərin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Bunu rayonumuzun müəllimlərinin timsalında da aydın görürük. Təhsil işçilərimizdən 6 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
Surxay Mirzəyev bildirmişdir ki, bu il tam orta məktəbləri 692 nəfər məzun bitirmişdir. Onlardan 331 nəfər ali məktəblərə sənəd vermişdir. 168 nəfər ali, 60 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olmuşdur. 6 nəfər 600-dən, 16 nəfər isə 500-dən yuxarı bal toplamış, 5 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
Məzunu Tərtər rayonu üzrə ən yüksək bal toplayan (652 bal) İsmayılbəyli kənd tam orta məktəbinin direktoru Yeganə Zamanova, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, 1saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, şəhər 5 saylı tam orta məktəbin direktoru Arzu Bayramova, Gülabatlı kənd tam orta məktəbinin direktoru Asif Alıkişiyev çıxış edərək, təhsilə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, yenicə tələbə adını almış gəncləri təbrik etmişlər. İsmayılbəyli kənd tam orta məktəbinin məzunu Aytac Mahmudova, Bəyimsarov kənd tam orta məktəbinin məzunu Türkan Əsədova, 2 saylı məktəb-liseyin məzunu Əsmər Atayeva, Gülabatlı kənd tam orta məktəbinin məzunları Əsmər Şükürlü, Günel Abbaslı və Pərvanə Abbaslı, Umudlu kənd tam orta məktəbinin məzunu Qoşqar Nəzərov çıxış edərək sevinclərini bölüşmüşlər.
Sonra MTN-nin rayon şöbəsinin rəisi Anar Əzizov, rayon Polis şöbəsinin rəisi Rauf Məcidov tələbə adını alan gəncləri təbrik edərək onlara öz tövsiyələrini verdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbələri təbrik edərək onlara təhsildə uğurlar dilədi. Gənclərə harada olmalarından asılı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etdi.
Tədbirin sonunda 500-də yuxarı bal toplayan tələbələrə Tərtər rayon icra hakimiyyəti başçısı və təhsil şöbəsi tərəfindən hədiyyələr və Fəxri Fərmanlar təqdim olundu.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev 600-dən yuxarı bal toplayan 6 nəfərə öz hədiyyələrini təqdim etdi.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər