BolgeXeber.Com » Bölgə » Goranboyda dam örtüyündə üçrəngli bayrağımız əks olunan ev - VİDEO

Goranboyda dam örtüyündə üçrəngli bayrağımız əks olunan ev - VİDEO

9-09-2015, 10:15
Oxunub: 3 769 Goranboyda dam örtüyündə üçrəngli bayrağımız əks olunan ev - VİDEOBu işdə onlar göy, qırmızı və yaşıl keramik örtük materialından istifadə ediblər

Bolgexeber.com TTV-yə istinadən xəbər verir ki, Goranboy rayonunun 700 nəfərədək əhalisi olan Şadılı kəndi əsararəngiz təbiəti ilə yanaşı, vətənsevər sakinləri ilə də seçilir. Elə dam örtüyündə müqəddəs bayrağımız əks edilən ev də buna misaldır. Evin 45 yaşlı sahibi deyir ki, müstəqil Azərbaycanımızın hər sahədə nail olduğu uğurlarla hər bir vətəndaşımız kimi, o və ailəsi də fəxr edir və evinin üstündə bayrağımızın əks edilməsi də məhz bu hissələrdən doğur. Dam örtüyünün bu cür vətənpərvər tərtibatı onun gənc oğlunun ideyasıdır və bu işdə onlar göy, qırmızı və yaşıl keramik örtük materialından istifadə ediblər.
Həqiqətən də öz halal zəhməti ilə dolanan insanların bu cür vətənsevərlik nümunəsi göstərməsi təqdirəlayiq haldır və bir daha sadə Azərbaycan vətəndaşlarının öz millət və dövlətinə sadiqliyinin göstəricilərindənddir.