BolgeXeber.Com » Bölgə » Qubanın başçısı nə danışdiğını bilmir?.. - Video

Qubanın başçısı nə danışdiğını bilmir?.. - Video

29-02-2012, 13:05
Oxunub: 5 036 Qubalıları təhqir edən Rauf Həbibov özünə böyük varidat topllaya bilib

Bir neçə gün öncə Quba rayonunun icra hakimiyyətinin başçısı Rauf Həbibovun «Youtube»də videosu yayılıb. Video 21 noyabr 2011 tarixində H. Əliyev mərkəzində keçirilən toplantıda çəkilib.

Görüntüdə icra başçısı çıxış edir və qubalıların ünvanına bir sıra ittihamlar səsləndirir. Qeyd edək ki, həmin toplantı barədə və toplantıda İcra başçısının məşhur çıxışı barədə oxucularına məlumat vermişdi. Onun Qubalılar haqqında səsləndirdjiyi təhqiramiz ifadələri və ittihamların bəzilərini bir daha təqdim təqdim edirik: «Qubalılar Qubanı satıb, 30-40 manat bazarlığa satıblar. Müəyyən nankor Qubalılar tərəfindən satılıb. Solunuza, sağınıza baxın, görün hansı insanlarla bir yerdə oturursunuz. Baxın, görün, qubalılar həm öz xalqını satıb, həm öz dövlətini satıb, həm öz ailəsini satıb... Gedib müəyyən qruplara qoşulur, ağzına gələni danışır, nə var, nə var evinə 30-40 manatlıq bazarlıq gətirirlər...»

Bundan sonra isə icra başsısına aid olan mal varlıqlarının şəkilləri və siyahısı videoda görüntülənir. Məlum olur ki, İcra başçısı qubalıları təhqir və ittiham etməsinə baxmayaraq, qubalıların İcra başçısını ittiham etmək üçün daha çox əsasları var.

Onu da bildirək ki, R.Həbibovun belə ekskluziv addımı birinci dəfə deyil. Ötən ilin yayında Rauf Həbibovun öz otağında Mədəniyyət və Turizm Nazirliyinin Quba Turizm İnformasiya Mərkəzinin (Quba TİM) müdiri Könül Hacıyevanı döyüb təhqir etməsi haqda xəbər yayılmışdı. O zaman baş vermiş hadisə ilə bağlı K.Hacıyeva prezidentə məktub da ünvanlamışdı: «Xahiş edirik, Quba rayon İcra Hakimiyyətinin başçısı və müavininin özbaşınalığına son qoyasınız! Mərkəz Quba rayonunu Moskvada, beynəlxalq turizm sərgisində uğurla təmsil etdikdən sonra Quba rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlərə, təqiblərə məruz qalıb. Xahiş edirik, bu haqsızlığa son qoyasınız! Əks təqdirdə, gənclərdən ibarət bütün kollektivimiz Quba TİM-də işləməkdən imtina edəcəyik!»

İndi isə Quba rayon ictimaiyyəti bütün rayon əhlinə qarşı yönələn təhqirlərə görə icra başçısının cəzalanmasını tələb edir. Bolgexeber.com-ın elektron poçtuna daxil olan müraciətdə deyilir: «Cənab Rauf Həbibov qubalıların ünvanına təhqiramiz ifadələr işlətmişdir. O çıxışında qubalıların torpaqlarını və dövlətini, 30-40 manata ailələrininin bazarlığa satması barədə təhqiramiz ifadələr işlətmişdir. Halbuki qubalılar Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 200 -dən artıq şəhid vermiş və bundan sonra da ərazi bütövlüyü uğrunda vurşmağa hazırdır. Ailə münasibətlərinə gəldikdə isə bütün respublikamıza bəllidir ki, bu məsələdə Qubalılar adət və ənənələrimizə uyğun olaraq mühafizəkar mövqe ilə tanınır. Ona görə də R. Həbibovun Qubalıların ünvanına işlətdiyi bu ifadələrini təhqir kimi qəbul edərək qətiyyətlə pisləyirik. Cənab Həbibov dərhal Qubalılardan üzr istəməlidir. Hesab edirik ki, onun artıq Quba rayon icra hakimiyyətinin başçısı vəzivəsində işləməyə mənəvi haqqı yoxdur. Bu məsələyə öz münasibətini bildirməklə Qubalıların hüquqlarını müdafiə edərək ciddi tədbirlərin görülməsinə göstəriş verilməsini cənab Prezidentdən xahiş edirik.»

Rayondakı daxil olan digər məlumatlara görə isə icra başçısına qarşı etiraz yalnız şifahi müraciət və bəyanatlarla yekunlaşmayacaq. Martın 1-də icra hakimiyyətinin binasının qarşısında rayon sakinlərinin etiraz mitinqi planlaşdırılır ki, həmin mitinqdə də Rauf Həbibovun birbaşa xalqın qubalıların qarşısında üzr istəməsi tələb olunacaq./pia.az/