Cavanişir Paşazadədən seçicilərinə dəstək
21-10-2010, 22:15
Oxunub: 8 585

Deputatlığa namizəd görüş keçirdiyi kəndlərin problemlərini həll etməyə söz verdi
75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadənin seçkiqabağı təşviqat kampaniyası davam edir. Dünən Lənkəranın Üzümçülük Təsərrüfatı, Masallının isə Şatıroba və Rüdəkənar kəndlərində görüşlər keçirən Paşazadə seçiciləri ilə bir sıra məsələlərin həlli ilə bağlı müzakirələr aparıb.
Cavanşir Paşazadənin Seçki Qərargahının rəhbəri Sulduz Ağayevin bolgexeber.com saytına verdiyi məlumata görə, Masallının Şatıroba kəndində keçirdiyi görüşdə 250 nəfərə qədər isnan iştirak edib. Həmin göürş zamanı kənd sakinləri bildiriblər ki, hələ də onların yaşayış məntəqələrinə uzanan kənd yollarının vəziyyəti ağırdır. Bununla bağlı Cavanşir Paşazadə bildirib ki, bu məsələnin həlli üçün lazım olan tədbirlərin görülməsi istiqamətində addımlar atacağını bildirib. Hal hazırda yolun çəkilməsinin mümkün olmadığını bəyan edən Paşazadə deyib ki, gələn ilin mart -aprel aylarında Şatıroba kəndinə asfalt yolun çəkilməsinin reallaşdırılmasını həyata keçirəcək.
Masallının Rüdəkənar kəndində də Cavanşir Paşazadə ilə keçirilən görüşdə 150-200 nəfər iştirak edib. Kəndin ağsaqqalları deputatlığa namizədin diqqətinə çatdırıblar ki, onların yaşadıqları evə hələ də təbii qazın verilməsi reallaşmayıb. Bununla bağlı, «Azəriqaz» ASC-yə seçicilərinin önündə telefon açan deputatlığa namizəd onların məsələyə münasibətini öyrənib. Şirkətdən deyiblər ki, bu ilin dekabr ayında Rüdəkənar kəndinə qaz xəttinin çəkilişi həyata keçiriləcək. Və bunu artıq plana salıblar.
Üzümçülük Təsərrüfatı məntəqəsində keçirilən görüşdə isə 350 nəfərə qədər seçici iştirak edib. Onlar bəyan ediblər ki, qarşıdan gələn parlament seçkilərində Cavanşir Paşazadəyə səs verəcəklər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər