Tərtərin Hacıqərvənd kəndi də mavi qazla təmin olundu-FOTO
16-09-2015, 20:57
Oxunub: 6 901
Sentyabrın 16-da Tərtərin Hacıqərvənd kəndinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirildi
Mərasimi giriş sözü ilə Hacıqərvənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Vəli Əliyev açaraq kənddə 3167 nəfər əhali yaşadığını, 556 nəfər abonentin mənzilinə “mavi alov”un verildiyini, ümumilikdə ərazidə birpilləli sistem əsasında 25754 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 556 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirdi.
Sonra kənd ağsaqqalı Rəhman İbrahimov, kənd sakinləri Məlahət Həsənova, Rövşən Həsənov çıxış edərək uzun illər kənddə mavi yanacaq olmadığından çox əziyyət çəkdiklərini bildirərək, həsrətlə gözlədikləri günün gəlib çıxdığı üçün dövlətimizin başçısı cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Oktay Qarayev də çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi.
Açılış mərasimində iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da böyük işlər görüldüyünü qeyd etdi. Bildirdi ki, görülən işlərin mərkəzində insan amili, onun maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması durur. Rayonda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərimizin qazlaşdırılması sürətlə davam etdirilir. Hazırda Tərtər şəhəri ilə yanaşı bu gün açılışına yığışdığımız Hacıqərvənd kəndi də daxil olmaqla 27 kəndimiz qazla təmin olunmuşdur. Seydimli, Köçərli, Cəmilli, Sarıcalı, Borsunlu, Dəmirçilər, Sarov kəndlərində çəkiliş işləri surətlə davam etdirilir. Yaxın günlərdə növbəti kəndlərimizdə də qaz çəkilişi işlərinə başlanılacaqdır.
Çıxışının sonunda rayonumuzda görülən abadlıq-quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini bildirərək, uzun illər “mavi yanacaq” sarıdan əziyyət çəkən kəndə təbii qazın verilməsi münasibətilə sakinləri bir daha təbrik etdi, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzuladı. O, sakinlərə onların təhlükəsizliyi üçün qazla ehtiyatlı davranmağı tövsiyə etdi.
Sonra rayon rəhbəri Müstəqim Məmmədov ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər