Qubalılar Rauf Həbibovun həbsini tələb edir
3-03-2012, 18:40
Oxunub: 5 643
İstintaqın gedişində eks icra başçısının həbsi reallaşa bilər
Qubada baş verənlərdən sonra icra başçısı Rauf Həbibovun ölkə başçısı İlham Əliyevin sərəncamı ilə vəzifədən uzaqlaşdırıldı. Bu səbəbdən də qubalılar bu gün bayram aksiyası keçirərək prezidentə bu addımına görə təşəkkür ediblər.
Bolgexeber.com-un Qubaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bayram aksiyasında rayon sakinləri hüquq-mühafizə orqanlarına müraciət edərək Rauf Həbibovun həbs edilməsini tələb ediblər.
Rayon sakinləri bildirib ki, Rauf Həbibov vəzifədə olduğu müddətdə rayonda aşkar biznes fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həm də vətəndaşların əmlakını, torpaq sahələrini, alma bağlarını əllərindən alaraq onların əksəriyyətinin rayonda yaşamasına imkan verməyib. Bu səbəbdən də Həbibovun həbs edilərək qanunlar qarşısında cavab verməsi tələb olunub. Rayon sakinləri bildiriblər ki, bu tələblərlə onlar güclü olduqlarını göstərmək yox, haqq-ədalətin bərpa olunmasına çalışırlar.
Qeyd edək ki, məlumatlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq Rauf Həbibov ifadə vermək üçün Respublika Baş Prokurorluğuna çağırılıb və onun rayondakı hadisələrlə bağlı ifadəsi alınıb. Ehtiamal ki, istintaqın gedişində eks icra başçısının həbsi reallaşın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər