BolgeXeber.Com » Bölgə » Şef dəyişdi: Saatlı təhsili "yaralarını sarıyır"... - İş məhkəməlikdir...

Şef dəyişdi: Saatlı təhsili "yaralarını sarıyır"... - İş məhkəməlikdir...

22-09-2015, 15:39
Oxunub: 2 107 Şef dəyişdi: Saatlı təhsili "yaralarını sarıyır"... - İş məhkəməlikdir...Saatlı rayonunda təhsilin səviyyəsinin xeyli aşağı olması barədə republika ictimaiyyəti də xəbərdar idi. Rayonun təhsil sistemində baş alıb gedən özbaşınalıq, intizamsızlıq, pedaqoji ixtisası olmayanların müəllim işləməsi, Təhsil Nazirliyinin testindən keçə bilməyənlərin müəllim təyin olunması adi hala çevrilmişdi. İş o yerə çatıb ki, ixtisasca aqronom, mexanizator olanlar hazırda orta məktəblərə direktorluq edirlər. Mircəlal kənd orta məktəbinin direktorunun ixtsasına baxmaqla bu faktın nə qədər real olduğu açıq-aydın özünü büruzə verər.

Əsas rüsvayçılıqlardan biri də o idi ki, 6-7 il bundan əvvəl Şamil Nurəliyev bir sıra təhsil müəssisələri ilə əlaqə yaradaraq rayon müəllimlərinin ixtisaslarının dəyişdirilməsi əməliyyatına rəhbərlik etmişdi. Hər müəllimdən 1500-2000 min manat alan Şamil müəllim Gəncə və Qazax Müəllimlər İnistutlarından onlara ixtisaslarını dəyişmık barədə diplom almışdır. İş o yerə çatmışdı ki, Ş.Nurəliyev ixtisasca aqronom olan Mircəlal kənd orta məktəbinin direktorunu da əvvəl Gəncə, sonra isə Qazax Müəllimlər İnstitutuna ixtisasını dəyişməyə göndərmiş, ona kimya müəllimi diplomu almağa nail olmuş, sonra isə həmin adamı məktəb direktoru təyin etmişdir. Halbu ki, qeyri ixtisas sahibləri ixtisasrtırma və ixtisasdəyişməyə göndərilə bilməz. Məmmədabad kənd orta məktəbinin rus dili müəlliməsinə ingilis dili diplomu verən sabiq təhsil şöbəsinin müdiri (artıq sabiq müdir) ona 72 saat dərs yükü vermişdir. Halbu ki, dünyanın heç bir ölkəsində heç bir müəllimə 72 saat dərs yükü verilməsi təcrübəsi olmayıb. Çünki bu qədər dərs yükü dərs cədvəlinə yerləşmir. Həmin müəllimə ingilis dilində cəmi 5-6 söz bilir və hazırda yenə də həmin kənddə xarici dil müəlliməsidir.

Ş.Nurəliyev müəllimlərə saxta ezamiyyə yazmaq adı ilə dövlətin külli miqdarda pulunu məninsəyib. Rayonun Əlisoltanlı kənd orta məktəbinin müəllimi Fərhad Muradovun adına 750 manat ezamiyyə pulu yazmış və həmin pulun bölüşməsində keçmiş baş mühasib İlqarla təhsil şöbəsinin müdiri arasında əlbəyaxa dava olmuşdur. Ş.Nurəliyev rayonun Dədəqorqud kənd orta məktəbinin Yemən adlı müəlliməsinin əmək haqqı kartını bankların birinə girov qoyaraq onun adına kredit götürmüş və məcburi köçkün olan Yemən müəllimə çətin duruma düşmüş, əlacsız qalaraq hüquq mühafizə orqanlarına şikayət etmişdir. Belə biabırçılıqlar Saatlı təhsilində baş alıb gedir. Şamil müəllim isə bütün bunları ört-basdır etmək üçün yüksək vəzifəli şəxslərin adından istifadə edərək vəzifəsini qoruyurdu.

Ən biabırçı hal isə sabiq təhsil şöbəsinin müdiri dələduzlarla əlaqəyə girərək saxta arayışlar vermiş və bu arayışlar vasitəsi ilə Respublika bankın Sabirabad filialından külli miqdarda kredit götürülməsinə şərait yaratmışdır. Hazırda bu cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsində proses davam etdirilir.

Bunlar hələ Şamil Nurəliyevin pedaqoqa yaraşmayan hərəkətlərinin cüzi hissəsidir. Əsas odur ki, Saatlı təhsili Şamil Nurəliyevin caynaqlarından xilas oldu. Anca sabiq müdir isə aldadıb pul aldığı, işlərini isə düzəltmədiyi yüzlərlə insanın caynağından qurtula bilməyəcək.