BolgeXeber.Com » Bölgə » Sumqayıt Dövlət Universitetində ikitirəlik

Sumqayıt Dövlət Universitetində ikitirəlik

25-09-2015, 12:25
Oxunub: 4 180 Sumqayıt Dövlət Universitetində ikitirəlikRektor Elxan Hüseynov rəhbərlik etdiyi universitetdə “parçala və hökm sür” prinsipini tətbiq edir

Sumqayıt Dövlət Universitetindən aldığımız məlumatlarda bu ali təhsil müəssisəsinin fəaliyyətinə dair müxtəlif instansiyalara ünvanlanan şikayətlərin hələ də bir nəticə verməməsindən dolayı narahatlıqlar öz əksini tapmaqdadır. Bu xüsusda öz fikir və rəylərini bölüşən mənbələr iddia edirlər ki, SDU-nun rektoru Elxan Hüseynovun yuxarı dairələrdə olan himayədarları onun fəaliyyətinin araşdırılmasını əngəlləyə bilmək üçün kifayət qədər səy göstərirlər. Bu səylər isə, rektorun işinə yarasa da, nə burada təhsil alan tələbələrin, nə də universitetin professor-müəllim heyətinin mənafeylərinə qətiyyən xidmə etmir. Təbii ki, SDU-nun pedaqoji heyətinin mənafeylərindən danışarkən əslində ümumiləşdirmə də aparmaq olmaz. Məsələ bundadır ki, bir çox qərb siyasətçilərinin üstünlük verdikləri “parçala və hökm sür” prinsipini dəstəkləyən Elxan Hüseynov da Sumqayıt Dövlət Universitetinə rektor təyin olunduğu gündən burada ikitirəlik salmağa müvafiq olmuşdur. Və əlbəttə ki, rektorun bu məqsədə nail olmasında onun özü ilə Bakıdan gətirdiyi işçi komandasının da təsiri olub. Artıq dəfələrlə qeyd olunduğu kimi, 2002-ci ilədək Elxan Hüseynovun elmi fəaliyyəti onun ali təhsil aldığı Bakı Dövlət Universiteti ilə sıx bağlı olub. BDU-da işlədiyi illər ərzində isə, Elxan müəllim öz ətrafında “sədaqətli” komanda toplaya bilib. Buna görə də SDU-ya rektor təyin olunandan dərhal sonra Elxan Hüseynov öz komandasını da buraya gətirmişdi. Təbii ki, universitetin bir çox müəllimlərinin öz iş yerlərini itirməsilə nəticələnən bu kadr transferləri SDU-da qalan köhnə heyət tərəfindən rəğbətə səbəb ola bilməzdi. Bir tərəfədən yeni tərkibin fəaliyyəti sayəsində qısa müddət ərzində SDU-da özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları geniş vüsət almış oldu. Digər tərəfdən də, köhnə kadrlar artıq özlərini hər an keçirilə biləcək növbəti islahatların potensial qurbanları kimi hiss etməyə başladılar. Bu isə öz növbəsində kollektivdə daima gərginliyin və neqativ gözləntilərin yaşanması səbəbindən əlbəttə ki, universitetdə gedən tədris prosesinə də öz mənfi təsirini göstərməyə başladı. Hərçənd bir çox mənbələr iddia edirlər ki, Elxan Hüseynovun SDU-ya rektor təyin olunmasından sonra burada təhsilin səviyyəsi onsuz da kifayət qədər aşağı düşüb. Aldığımız məlumatlarda belə bir iddia irəli sürülür ki, bu gün Sumqayıt Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Pul yığımlarının təşkili və bu prosesə nəzarət isə, birbaşa Elxan Hüseynovun təyin etdiyi şəxslərə həvalə olunub.Amma ədalət naminə etiraf etməliyik ki, bu gün SDU-da yaşanan ikitirəliyin bərqərar olunmasında dolayısı ilə bizim də iştirakımız olub. Daha dəqiq desək, bizim yox, dərc etdiyimiz materialların. Belə ki, bir müddət əvvəl aldığımız məlumatların birində mənbə bildirmişdi ki, rektor Elxan Hüseynov bəzən hətta məhdud sayda əməkdaşların arasında müzakirə olunmuş məsələlər barədə də mətbuata xəbər çatdırılmasından son dərəcə narahatdır. Buna görə də ötən tədris ilinin sonlarında keçirdiyi müşavirələrdən birində rektor məlumatları mətbuata təqdim edən mənbənin “ifşa olunması” barədə qəti tapşırıq vermişdi. Təbii ki, bu göstəriş SDU-nun professor-müəllim heyəti daxilində onsuz da gərginliyi ilə diqqəti cəlb edən mnsibətləri bir qədər də gərginləşdirmişdi. Mənbə bildirir ki, SDU-nun köhnə və yeni kadrları arasında qarşılıqlı şübhə və ittihamların getdikcə çoxalması da ümumi vəziyyətin yaxşılaşmasına qətiyyən xidmət etmir. Digər tərəfdən isə, bəzi mənbələr Elxan Hüseynovun ortaya atdığı “casus axtarışı” oyununu da məhz universitetdə növbəi kadr “təmizləmələri” aparmaq üçün bir bəhanə kimi qiymətləndirmişdilər...bizimdovr.az



Qarşı tərəfində mövqeyini öyrənməyə hazırıq.