BolgeXeber.Com » Bölgə » Lənkəran 10 saylı uşaq evindəki özbaşnalıq

Lənkəran 10 saylı uşaq evindəki özbaşnalıq

7-03-2012, 15:10
Oxunub: 4 217 Qızını anaya vermək üşün pul tələb olunur

Redaksiyamıza məktub ünvanlayan Yardımlı rayon Ünec kənd sakini Salayeva Gülnarənin şikayəti məhz adıcəkilən uşaq evindəndir. Şikayətçinin bildirdiyinə görə qeyri-rəsmi nigahla yaşdığı keçmiş həyat yoldaşı Əbülfətli Hüseyin Rafiq oğlu ilə birgə rəsmi nigahdan 27.03.2006-ci il tarixində Əbülfətli Zərifə Hüseyin qızı dünyaya gəlimişdir.

G.M.Salayeva kecmiş həyat yoldaşından ayrıldıqdan sonra qızları Z.M.Əbülfətli ilə bərabər ayrı- ayrı qohumları ilə bərabər yaşamışdır. G.M.Salayeva kirayə yaşamağa başladığından azyazşlı uşağını müfəqqəti olaraq kecmiş ərinin yanına yerləşdirir. Bir müddət keşdikdən sonra Ana qızını ərindən istəyəndə artıq gec olub. Yani eks həyat yoldaşı M.R.Əbülfətov qızlarını anasına qaytarmaqdan yayınaraq və hec nə demedən qızlarını Lənkəran şəhərində yerləşən 10 saylı uşaq evinə vermişdi.
Ananın əməkdaşımıza bildirdiyinə görə 6 yaşlı qızımı 10 saylı uşaq evinə götürərkən uşaq evinin rəhbərliyi uşaqı qəbul etməzdən öncə ananın axtarıb tapmağa borcludur.
İndi də uşağımı tələb edəndə uşaq evinin rəhbərliyi mənə rədd çavabı verir. Yani 10 saylı uşaq evindən qızını tələb edən də anaya övladının geri verilməməsi təmin olunmur. Yani rəhbərlik anaya bildirin ki, bu məsələnin həllini istəyirsənsə bir az şirinlik verməlisən.

Ananın bildirdiyinə görə o, hazırda Bakı şəhərində günü 10 manat olmaq şərti ilə yeməkxanaların birində aşbaz kimi fəaliyyət götərir.
Daha sonra ana bizə yazmaqla xahiş edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq pozulmuş valideyinlik və vətəndaşlıq hüquqularımın bərpasına, altı yaşlı Z.M.Ebulfətlinin geri qaytarılmasına, keçmiş həyat yoldaşım Z.M.Ebulfətlinin qəyyumluğu haqqında müvafiq qərarın ləğvinə və bu işdə qanunsuzluq edən rəhbərliyin cəzalandırlmasına mənə yardımçı olasınız
Qeyd edək ki, övladına sahib şıxmaq istəyən lakin müəyyən qurumlar tərəfindən haqsızlıqla qarşılaşan ana redaksiyamızla bağlı bütün aidiyyatı qurunılara da müraciət ünvanlayıb

Adışəkilən uşaq evi ilə əlaqə saxladıq və suallarımıza cavab verən Lənkəran şəhər 10 saylı uşaq evinin müdirəsi Ofeliya xanım ananın əxlaqsız olduğunu bizə bildirdi. Ancaq həmin rəhbərlik bu sözü özünə və törətdiyi qanunsuz əmməllərin üstünü ört-basdır etməyə çalışdı. Cünki indyə qədər ananın üzünü görməyən adama necə əxlaqsız deməsi bizdə təəcüb doğurdu. Hərhalda insaf da yaxşı şeydir. Kimsədən qorxamasan Allahında qorxamağa şalış Cənab müdirə! Daha sonra əlaqə saxladığımız ünvan isə Lənkəran şəhər təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov oldu. O isə belə kişik məsələlərə qarışmadığını bildirdi. Yani ”pul olmayan yerdə mənim nə işim var ?” demək istədi.

Aynur Cavadzadə /Bolgexeber.com-un Cənub bürosu/