Göyçayda özbaşınalıqlar davam edir
8-03-2012, 16:00
Oxunub: 6 946
Göyçay rayon sakini Mobil Xeyrullayev Bolgexeber.com-a şikayət məktubu yazaraq polis özbaşınalığından şikayət edir. Onun sözlərinə görə, bu ilin fevral 27-də bacısı oğlanları Akşin Abdullayev və qardaşı Amin Abdullayev onlara məxsuz 10 GX 524 nömrəli VAZ 2106 markalı avtomobillə Heydər Əliyev prospektində rayon polis şöbəsinin Ruslan adlı əməkdaşı 23 BH 660 nömrəli qara Hundayla toqquşur: “Bacım uşaqlarının hər ikisinin vəziyyəti ağır olduğu üçün onları Göyçay Mərkəzi Xəstəxanasına yerləşdirirlər”.
“Maşının sürücüsü Akşin Aminə nisbətən bir az yüngül xəsarət almışdı. Aminin vəziyyəti getdikcə ağırlaşdığına görə, Sabunçu rayon xəstəxanasında başından əməliyyat olundu, ancaq indi də vəziyyəti ağırdı. Qəza baş verən gün hadisə yerinə gələn Göyçay rayon polis şöbəsinin, Göyçay rayon Yol Polisinin və rayon prakurorluğunun əməkdaşları yalandan sənədləşmə aparmış guya günah onlarda olub. Yaralıların xəstəxanada olmasından istifadə edərək tələm-tələsik işlərini görüb, hadisə baş verən yolu yiyublar”, - deyə şikayətçi bildirir.
Mobil Xeyrullayev qeyd edir ki, xəstəxanada olan zaman özünü Göyçay rayon prakurorluğunun müstəntiqi kimi təqdim edən Zaur adlı şəxs xəstənin özüylə polisə aparılmasını tələb etdi: “Bacımoğlunun vəziyyəti ağır olduğu üçün onu heç cürə aparmaq olmazdı. Ancaq o fikrində israrlı oldu, xəstəni aparmaq istəyəndə anası buna dözə bilmədi və ürəyi getdi. Bunu görəndən sonra onlar xəstəxananı tərk etdilər. Halbuki polis idarəsinə hadisəni törədən Ruslan getməli və izahat verməlidir”.
Şikayətçi sonda bildirir ki, hadisə baş verən gün çəkiliş aparan telekanallar polisin yaralandığını deyirlər: “Əgər belə idisə niyə ondan bir açıqlama almadılar, deyilənlərə görə, Ruslan həmin vaxtı sərxoş olub, üstəlik onun sürücülük vəsiqəsi yoxdur. Xahiş edirəm məni nazir Ramil Usubov qəbul etsin. Bütün başımıza gələnləri detallarına qədər ona danışacam”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər