Deputat Biləsuvarda pul yığır
11-03-2012, 22:30
Oxunub: 5 991
Mahir Quliyevlə rayonu böyüşdürərkən balıqçılıq təsərrüfatları Xanhüseyn Kazımlının payına düşüb
Biləsuvarın millət vəkili Xanhüseyn Kazımlı bu rayon əhalisinə yeni vergi təyin edib. Biləsuvadan daxil olan məlumatda bildirilir ki, Xanhüseyn Kazımlının bu rayondakı köməkçisi Zaur İsgəndərov rayonun təsərrüfat sahiblərindən vergi toplayr.
Bolgexeber.com Pia.az-a daxil olan məlumatda bildirilir ki, millət vəkili Xanhüseyn Kazımlı ilə Biləsuvar İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonun bütün gəlir gətirən sahələrini öz aralarında böyülüşdürüblər. Bir zamanlar aralarında soyuq küləklər əsən bu ikili indiəl-ələ verərək rayonu talamaqla məşğuldurlar.
Əldə etdiymiz məlumatda bildirilir ki, Xanşüseyn Kazımlı öz köməkçisi Zaur İsgəndərova tapşırıq verib ki, rayonunun balıqçılıq hovuzlarından illik “vergini” təcili olaraq yığıb ona yollasınlar. Qeyd edək ki, mənbə bildirir ki, Mahir Quliyevlə rayonu böyüşdürərkən balıqçılıq təsərrüfatları Xanhüseyn Kazımlının payına düşüb. Elə bu üzdəndə millət vəkili öz köməkçisinə belə bir tapşırın verib.
Mənbə bildirir ki, Zaur İsgəndərov bu tapşırığı aldıqdan sonra Biləsuvar Su İdarəsinin müdiri Ədalət Babayevi yanınıa çağıraraq tapşırıb ki, təcili olaraq balıqçılıq təsərrüfatlarından illik pullar yığılsın. Pul verməyənlərə su verilməsin. Xatırladaq ki, mart ayının sonundan başlayraq “dammalara” balıq buraxılmağa başlayacaqlar. Ona görə də artıq artıq gölməçələrin su ilə doldulumasına başlarnılıb.
Bildirilir ki, Zaur İsgəndərov pulların qısa zamanda yığılmasını tələb edir. Eyni zamanda millət vəkilinin köməkçisi ona tapşırılan tapşırığı tez bir zamanda yerinə yetirmək üçün adminstrativ üsullardan istifadə edir. O “vergini” ödəməyənlərə su verməməklə yanaşı Biləsuvar İcra Hakimiyyətində şöbə müdiri işləyən qardaşına da kömək üçün müraciət edib.
Balıq təsərrüfatlarında çalışanlar bildiriblər ki, onlar artıq hər il soğan qabığı kimi soyulmaqdan beziblər və bu sahə artıq onlara heç bir gəlir gətirmir. Çünki Xanhüseyn müəllimin payını verəndən sonra yayın qızmar vaxtında onların suyunu yenidən kəsəcəklər. Bu dəfə isə polis rəisinin “vergisin” ödəmək zorunda qalacaqlar. Payızda isə rayon prokuroru onlardan öz payını tələb edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər