BolgeXeber.Com » Bölgə » Sumqayıt yolunda biabırçı vəziyyət yaranıb - VİDEO

Sumqayıt yolunda biabırçı vəziyyət yaranıb - VİDEO

3-10-2015, 12:24
Oxunub: 3 056 Sumqayıt yolunda biabırçı vəziyyət yaranıb - VİDEOBakının tıxaclarının qarşısının alınması üçün qəribə qərar verildi

Rayonlardan paytaxta daxil olan maşınlara qadağa qoyuldu.

Qadağanın qoyulması ilə də Bakıda tıxac problemi həll olunmadı,əksinə, paytaxtın giriş-çıxışlarında sürücülərə zülm edildi.

Bu dəqiqələrdə Bakının şimal çıxışında bərbad vəziyyət hökm sürür. Yol polisi rayon maşınlarını şəhərə buraxmır, bütün ərazidə tıxac yaranıb və şəhər maşınları da yolda qalıb.

Yolda qalan sürücülərin verdiyi məlumata görə, bir saata yaxındır yolda qalıblar. "Polis 99-la başlayan dövlət qeydiyyat nişanlı maşınları Xırdalan ərazisindən keçməklə Bakya yönləndirirlər. Rayon maşınları isə yolda qalıb.

Demək olar ki, Bakının şimalından giriş bağlanıb. Bütün rahatlıqlar işləri Bakı üçün görülür. Azərbaycan tək Bakı deməkdir? Hansısa qərar bizim hüquqlarımızı pozmalıdır?".Bakıya girişə qadağa qoyulduğu kimi, bu işlərin tənzimlənməsi üçün ciddi addım atılmalıdır. Həmin addımın necə olacağı isə hər kəs üçün maraqlıdır. criminal.az