Azərbaycan seçkilərində ilk-FOTO
9-10-2015, 17:38
Oxunub: 5 154
Lerikli namizəd təbliğatını öz ana dilində, talışca aparır
Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmış namizədlər olduqca maraqlı kampaniyalar təşkil edirlər.Həmin kampaniyalar arasında seçicilərin diqqətini xüsusi olaraq çəkmək marağı bəzən namizədləri daha fərqli addım atmağa sövq edir.
Amma bu sırada elə namizədlər var ki, onların seçki təbliğatları nadir rast gəlinən olmaqla yanaşı, həm də ilklər sırasındadır. JAM.AZ xəbər verir ki, 78 saylı Lerik Seçki Dairəsindən namizədliyini irəli sürmüş Mehdibəy Səfərov özünün seçki kampaniyasını doğma talış dilində aparır. Onun seçki plakatlarının üzərində də elə talış dilində sözlər yazılıb.
Qeyd edək ki, bu qanunla qadağan edilən hal deyil. Üstəlik, heç bir şəkildə qınanılması mümkün olmayandır. Yəni, Mehdibəy Səfərovun, eyni zamanda digərlərinin öz ana dillərində seçki təbliğatı aparmaları təbii haqlarıdır.
Xatırladaq ki, belə təbliğat ilk dəfə vəkil Xalid Bağırov tərəfindən aparılıb. Lənkərandan namizədliyini irəli sürmüş Bağırov həmin vaxt plakatlarına “Çəmə Xalid” (Sizin Xalid) sözlərini yazdırmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər