BolgeXeber.Com » Bölgə » İmişlidə "Şəkər Bayramı" keçirilib-FOTOLAR

İmişlidə "Şəkər Bayramı" keçirilib-FOTOLAR

12-10-2015, 18:37
Oxunub: 4 444 İmişlidə "Şəkər Bayramı" keçirilib-FOTOLAR Oktyabr ayının 12-də İmişli rayonununda İcra Hakimiyyəti rəhbərliyinin, millət vəkillərinin, “Azərsun Holdinq” rəhbərliyinin və sakinlərin iştirak etdiyi Şəkər Bayramı qeyd edilib

Bolgexeber.com-un məlumatına görə ilk olaraq, İmişli rayonu İcra hakimiyyətinin rəhbəri cənab Vilyam Hacıyev, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan, millət vəkili Çingiz Qənizadə və digər qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər. İmişli sakinləri qarşısında çıxış edən İmişli rayonu İcra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev, İmişli Şəkər Zavodunun bu rayonun həyatında oynadığı müstəsna roldan danışıb. Onun sözlərinə görə, 2006-cı ildən fəaliyyət göstərən müəssisənin hesabına 3 mindən artıq İmişli sakini işlə təmin edilib, bu qədər də insan zavoda şəkər çuğunduru təhvil verərək gəlir əldə edir. Bundan əlavə, məhz “Azərsun Holdinq”ə məxsus bu şəkər zavodunun sayəsində İmişli rayonu özünü maliyyələşdirən rayona çevirilib. Rayonun maliyyəsinin 45 faizini məhz bu zavodun ödədiyi vergi hesabına təmin edilir. İcra hakimi həmçinin son zamanlar ölkəmizdə qeyri-neft sektorunun çox sürətlə inkişaf etdiyini söyləyib və İmişlidə son illərdə aparılmış abadlıq işləri barədə məlumat verib. Daha sonra İmişli sakinləri qarşısına çıxan “Azərsun Holdinq” şirkətlər qrupunun baş direktoru Savaş Uzan hər kəsi salamlayaraq bayram münasibətilə təbrik edib. O, bu zavodun tikintisinə 2003-cü ildə məhz ümumilli lider Heydər Əliyevin xeyir-duası və məsləhətləri ilə başlanıldığını və 2006-cı ildə cənab prezident İlham Əliyev tərəfindən açıldığını bildirib. Savaş Uzan həmçinin bu müəssisənin MDB məkanınmda ən böyük olduğunu söyləyib və üzərində “Made in Azerbaijan” daşıyaraq digər ölkələrdə də Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib. Sonra isə Bayramın bədii hissəsi başladı və incəsənət xadimləri İmişli sakinləri qarşısında çıxış edərək tədbirə daha da rəng qatdılar.

İmişlidə "Şəkər Bayramı" keçirilib-FOTOLAR
İmişlidə "Şəkər Bayramı" keçirilib-FOTOLAR
İmişlidə "Şəkər Bayramı" keçirilib-FOTOLAR
İmişlidə "Şəkər Bayramı" keçirilib-FOTOLAR
İmişlidə "Şəkər Bayramı" keçirilib-FOTOLAR