BolgeXeber.Com » Bölgə » Saatlıda qarpız satan məktəb direktorluğuna başladı - ŞOK İDDİA

Saatlıda qarpız satan məktəb direktorluğuna başladı - ŞOK İDDİA

13-10-2015, 18:35
Oxunub: 5 710 Saatlıda qarpız satan məktəb direktorluğuna başladı - ŞOK İDDİAƏliyev Əlinin daha bir biznesi 2015-ci ilin yeni tədris ilinin başlanğıcında direktor müavinləri vəzifəsinin məktəbimizdə “hərraca” qoyulması oldu

Saatlı rayon Məzrəli kənd orta məktəbinin direktoru ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu haqda göndərilən məktubda bildirilir ki, 2015- ilin aprel ayın 5-dən Məzrəli kənd tam orta məktəbində Azərbycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmadan qeyri-rəsmi şəkildə direktor kimi fəliyyətə başlayan Əliyev Əli təsaduf nəticəsində Məzrəli məktəbində direktorluq etməkdədir. Əslində bu şəxs Rusiyada yaşadığı illərdə qarpız alveri ilə məşgul olmuş, Saatlıya döndükdən sonra bu biznesdən qazandıgı pullar hesabına Məzrəli məktəbinə qeyri-rəsmi direktor gəlmişdir.

Məktub müəllifləri bildirir ki, Əliyev Əli 2015-ci ilin iyul ayinda Azərbaycan Respublikasi Təhsil Nazirliyinin keçirdiyi orta məktəb direktorlarının işəqəbulu üzrə müsabiqə və müsahibə imtahanindan keçməyərək namizədliyini doğrultmadiğı halda Məzrəli kənd tam orta məktəbində direktorluğunu davam etdirir. Saatlı rayon Məzrəli kənd orta məktəbində baş verənlər haqda göndərilən məktubda daha sonra deyilir: “Məzrəli kənd tam orta mətəbində qanunsuz direktorluq eden Əliyev Əli məktəbimizdə pedaqoji heyətin üzvlərini və sagirdlərini irili-xirdali qarpız hesab edərək öz “Al-ver” sövdələşməsinə davam edir. Beləki məktəb müəllimri arasında öz maraqlarına uyğun olan şəxslərdən ibarət “Ümumi fənlər blokuna daxil olan müəllim və müəllimlər bloku” yaradıb. Bu bloka məhz Əliyev Əlinin xüsusi “Rəğbətində” olan müəllimlər daxildir və onlardan istənilən biri ixtisasının ne olmasından aslı olmayaraq istənilən fənləri tədris edə bilər. Və bu qaçılmaz haldır ki, həmin dərslərdən alnınan eməkhaqlarinin müəyyən qismi Əliyev Elinin şəxsi kassası olan ciblərinə gedir. Misal üçün İmişıi rayonundan gelmiş riyaziyyat müellimi Aysel Cəfərzadənin adina 6-cı və 7-ci siniflerde verdiyi 2 saat informatika derslərini göstrmek olar. Əli Əliyev Aysel müəllim illə hələ əvvəlcədən süvdələşmə “Müqaviləsi” imzalayıb ki, həmin 2 saat informatika dərslərini keçməsin,proqramını da yazmasın (müəllimi artıq “İncitməmək naminə”), çünki bu pullar Əli müəllimin şəxsi “kassaına” gedecek.

Məktubda həmçinin bu ilin əvvəlində iki müəllimlə bağlı direktor tərəfindən həyata keçirilən maxinasiyadan bəhs olunur. Belə ki, şikayətçilər bildirir ki, 2015-ci ilin may ayınin 04-dən 27-nə kimi Məzrəli məktəbindən tədris işləri üzrə direktor müavini Rasim Səmədov Azərbaycan dili və ədəbiyyat fənni üzrə mən Sara Həsənovayla birlikdə Azərbaycan Müəllimlər İnstitutuna Saatli rayon Təhsil Şöbəsi tərəfindən 24 günlük ixtisasartırma kursuna göndərilib: “Bu iki müəllim kursda olduğu zaman onların dərsləri əvəzedici müəllimlər tərəfindən kecilməli, bunun müqabilində isə onlar əlavə əməkhaqqi almalı idilər. Amma bu iki müəllim kursda olarkən dərs cədvəllərində dəyişiklik edilməyərək S.Həsənovanın dərsləri –Azərbaycan dili və ədəbiyyat dərsləri ixtisas müəlliminə tapşırılmaq əvəzinə, məktbdə əmək müəllimi işləyən Mirzəyeva Nəzakətin adina yazılıb, lakin dərslər əsasən keçilməmişdir. Eyni zamanda, Rasim Səmədovun da riyaziyyat dersləri başqa müəllimin adına yazilaraq əvəzedici müəllimlər tərəfindən kecilməyərək şagirdlər məktəbin həyətində oynamaqla dərs saatlarını keçirmişlər, bu dərslər rəsmi sənədlərdə dərs əvəzləyicisi müəllimin adına yazilsa da həmin əlavə əməkhaqqı Əliyev Əli tərəfindən qanunsuz olaraq mənimsənilmişdir.

Həmin ayda məktəbimizin qarovulçusu Teymurov Eldar infarkt kecirərək xəstəliyi uzrə tibbi məzuniyyət götürmüş, ibtidai sinif müellimi işləyən arvadi Teymurov Tahibə də yoldaşına qulluq etmək üçun ödənişli məzuniyyət göturmüşdü. Əliyev Eli Rahibə Teymurovanin 2-ci sinifdə olan dərslərini şagirdlərin yalniz sinif otağına salınib çıxarılması işi Teymurov Eldarla Teymurova Rahibənin oğlu, guya, məktəbdə idman muəllimi işləyən Teymurov Pərvizə tapşırmış, Teymurov Pərvizin işi isə sinif otagının ağzına kolxoz qəhəli kimi kilid vurub açmaqdan ibarət olmuşdur. Rəsmi sənədlərdə isə dərslər Məzrəli məktəbində diplomsuz, orta məktəb atesstati ilə ibtidai sinif müəllimi işləyən şəxsin adına yazılaraq öz ənənəsinə sadiq qalan Əliyev Əli tərəfindən müəllim və qarovulçunun bülletendə olmasından əldə edilmiş əvəzedicilik əməkhaqlarını mənimsəməklə qanunçuluğa zidd addim ataraq dövlətimizə və Azərbaycan Təhsilinə ziyan vurmuşdur.
Əliyev Əlinin daha bir biznesi 2015-ci ilin yeni tədris ilinin başlanğıcında direktor müavinləri vəzifəsinin məktəbimizdə “hərraca” qoyulması oldu. Əliyev Əli gizlin “Hərrac” təşkil etdi, kim çox pul versə müavinliklər də onlara veriləcək. 185 nəfər şagird kontingenti olan məktəbdə 4 Azərbaycan dili və ədəbiyyat müəllimi olduğundan dərs saatları normaya uyğunlaşsın deyə Saatlı RTŞ-nin müdir əvəzedicisi işləyən Zabit Rüstəmov Sara Həsənovanı də qəbuluna çağıraraq Əli müəllimə bildirir ki, Sara müəlliməni təlim-tərbiyə işləri üzrə müavin təyin et, Azərbaycan dili ədəbiyyat müllimlərinin dərs saatları normaya uygunlaşsın. Əliyev Əlinin Zabit müəllimə cavabı belə oldu: “Zabit müəllim, onun rəngi qaradır, onu mən "zavuç" işlədə bilmərəm, yenə göyçək olsaydı "zavuç" götürərdim…”

Məktub müəllifləri sonda bildirir: “Hörmətli Təhsil Nazirindən və aidiyyati qurumlardan xahiş edirik ki, Məzrəli kənd tam orta məktəbinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmadan direktor işləyən Əliyev Eli barəsində qanuni tədbir görsün və onun tərəfindən ardı-arası kəsilməyən qanunsuzluqlara son qoyulsun”.
cumhuriyyet.az