BolgeXeber.Com » Bölgə » Sabirabadda «Cavad qruplaşması»nın seçki şousu

Sabirabadda «Cavad qruplaşması»nın seçki şousu

15-10-2015, 11:38
Oxunub: 3 497 Sabirabadda «Cavad qruplaşması»nın seçki şousuNamizədin qohumu, Kür-Araz caylarında Bəndlərin İstismarı İdarəsinin müdiri Elman Nuriyev «onbaşı»lara və «yüzbaşı»lara pul paylayır

Parlament seçkiləinin təşviqat kompaniyası artıq 6 gündür başlayıb. Bəzi namizədlər seçki dairələrində öz platformlarını açıqlamqla bərabər seçicilərə “yağlı” vədlər verməkdən, hətta onları pulla ələ almaqdan belə çəkinmirlər.

AzMedia.info-ya daxil olan məlumata görə 63 saylı Sabirabad birinci seçki dairəsindən namizədliyi YAP-tərəfindən irəli sürülmüş Elçin Quliyev seçiciləri ilə görüşməklə bərabər, həm də başqa bir yeniliyə imza atır. Namizədin seçki kompaniyasında iştirak edən mənbə bildirir ki, Elçin Quliyevin təbliğat təşviqatında əsas “aparıcılardan” biri olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin müdiri Elman Nuriyev özünün «Şamlıq» restoranında Sabirabad birinci seçki dairəsini əhatə edən ərazilərdə yşayan sakinlərin arasında onbaşı, yüz başı sistemini qurmaqla məşğuldur.

Verilən məlumatda bildirilir ki, Elman Nuriyev dayısı oğlu Elçin Quliyevin deputat seçilməsi üçün özünün «səxavət» kisəsinin ağzını açıb. İdarə müdiri «onbaşı»lara və «yüzbaşı»lara vətəndaşların Elçin Quliyevə səs verməsini təşkil etmələri üçün pul paylayır. Hazırda 63 saylı Sabirabad birinci seçki dairəsində Elman Nuriyev tərəfindən 20 yaxın «onbaşı» və «yüzbaşı»nın təşkil edlidyini bildirən mənbəmiz qeyd edir ki, Elman Nuriyev «onbaşı»lara 500 manat, «yüzbaşı»lara isə 1500 manat” məvacib ayırıb.

Bundan başqa qohum əqrabasını da sözü keçən və bir neçə nəfərin hansı namizədə səs verməsinə təsir edə bilən xeyli şəxsləri də restoranına qonaq çağıran idarə müdiri «Şamlıq» restoranının həmişə onların üzünə açıq olacağını və seçkilərdə Elçin Quliyevə səs vermələrini xahiş edir.

Mənbə bildirir ki, Elman Nuriyev dayısı oğlu Elçin Quliyevin seçkidəki bütün xərclərini öz üzərinə götürüb. Bu işdə ona əsasən Meliorasiya və Su Təəsrrüfatı ASC-nin Sabirabad rayonundakı idarə müdirləri kömək edirlər. Həmin idarə müdirləri hər axşam «Şamlıq» restoranına təşrif buyuraraq Elman Nuriyevlə birgə Elçin Quliyevin göstərişlərini gözləyirlər.

Bildirək ki, Elçin Quliyev Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsində Aparat rəhbəri işləməklə bərabər, Meliorasiya və Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyevin qardaşıdır. Məhz buna görə də Sabirabad rayonundakı su idarələri bütün-iş güclərini atıb Elçin Quliyevin seçki kompaniyasına qoşulublar. İdarə müdirləri Əhməd Əhmədzadənin müavini, «Cavad qruplaşması»nın ağsaqqalı Zakir Quliyevin xoşuna gəlmək üçün özlərini oda-közə vurur və Elçin Quliyevə yarınmaq üçün dəridən-qabıqdan çıxırlar.

Qeyd edək ki, Sabirabadda «Cavad qruplaşması»nın seçki şouları haqqında ətraflı məlumatları davamlı olaraq oxucularımızın diqqətinə çatdıracağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com