Prezident İlham Əliyev ölkənin şimal-qərb bölgəsində səfərdədir
8-07-2010, 15:35
Oxunub: 5 877

Dövlət başçısı Zaqatalada bir sıra yeni obyektlərin açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısının səfəri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etməklə başlayıb. Dövlət başçısına məlumat verilib ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri görülüb. Burada yeni oturacaqlar quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb, fəvvarələr yenidən qurulub, yaşıllıq zolağı genişləndirilib.
Daha sonra prezident İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak edib.
Müəssisə ilə yaxından tanış olan prezidentə məlumat verilib ki, “Gilan” MMC tərəfindən inşa olunan bu müəssisə öz potensialına və ixrac qabiliyyətinə görə bölgədə mühüm yer tutur. Beş hektar ərazidə yerləşən zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir. Sutkalıq emal gücü 30 ton olan müəssisədə xarici ölkələrdən gətirilən müasir avadanlıq quraşdırılıb. Zavodun müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri var. Buraya süd Zaqatalanın müxtəlif kəndlərindən gətirilir.
Prezident İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində “İntertabako” MMC-nin tütün emalı zavodunun açılışında da iştirak edib. İki hektardan çox ərazidə inşa olunan zavodun illik emal gücü 3300-3600 tondur. Müəssisədə tütün yarpaqları yenidən nəmləndirilir, didilir, qurudulur və zoğlardan təmizləndikdən sonra uzunmüddətli saxlama imkanına malik xammal istehsal edilir.
Dövlət başçısı müəssisədə emal olunmuş tütün növlərinə baxıb, kollektivə uğurlar arzulayıb.
Prezident həmçinin Zaqatala rayon Mədəniyyət Evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub. 1959-cu ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət Evi müasirliyi ilə seçilir. Zaqatala Mədəniyyət evində 2 xalq kollektivi, xalq teatrı və xalq kəndirbazlar qrupu, səyahətlər klubu və 5 dərnək fəaliyyət göstərir. Prezident İlham Əliyev Mədəniyyət Evinin yaxınlığında müharibə veteranları və əlillər üçün bağda yaradılmış şəraitlə də tanış olub. Görülən işlərdən razılığını bildirən dövlət başçısı öz tapşırıq və tövsiyələrini verib. Daha sonra prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Çox Oxunanlar
- 4-11-2023, 18:40 : Azərbaycan XİN Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 3-11-2023, 17:24 : Neymar əməliyyat olundu, həkimlər şad xəbər verdi
Gündəm / İdman
- 8-11-2023, 16:52 : Laçında bu evlər təbii qazla təmin olundu
Bölgə / Xəbərlər
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial
- 6-11-2023, 09:32 : MY onu göndərir, həmyerlisini gətirir
Gündəm / Dünya
- 10-11-2023, 10:22 : ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı
Gündəm / Siyasət