Lerikdə daha bir biabırçılıq: Seçkilərə müdaxilə
24-10-2015, 10:36
Oxunub: 4 098
"78 Saylı Lerik rayon seçki dairəsinin rəhbərliyinə bu barədə bir neçə dəfə şifahi məlumat verməyimə baxmayaraq, MM-ə bir namizəd kimi mənə qarşı tətbiq olunan qeyri-qanuni hərəkətlər davam etməkdədir..."
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına 78 saylı Lerik seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüş Səfərov Mehdibəy Mahmudəli oğlu tərəfindən
Müraciət
"Namizədliyimi irəli sürdüyüm Lerik seçki dairəsində apardığım təşviqat kompaniyası zamanı rastlaşıdığım ciddi qanun pozuntularını diqqətinizə çatdırmaq istəyirəm.
1. Məntəqələrdə məni müşahidə edən, dövlət müəssələrində çalışan insanlar bundan imtina eləmədikləri təqdirdə müəssisə rəhbərləri və kənd icra nümayəndələri tərəfindən işdən qovulacaqları kimi psixoloji təzyiqə məruz qalırlar. Buna nümunə kimi, 59 saylı məntəqədə müşahidəçi işləyəcək Əliyev Arif Mirsahib oğlunu göstərə bilərəm.
2. Rayon İcra Hakimiyyətinin tapşırığı ilə, kənd icra nümayəndələri və muavinləri, məntəqə sədrləri və üzvləri qeyri qanuni olaraq, namizədliyini vermiş hazırki deputatın xeyrinə, bütün Dövlət resurslarını cəlb edərək, təbliğat və təşviqat işləri aparırlar.
3. Kənd icra nümayəndələri ve məntəqə sədrlərinin göstərişi ilə, fəaliyyətdə olan hazırki deputatın gəlişi şərəfinə, bütün şəxsi obyektlərdən tələb edərək təşviqat plakatlarımın cırılıb qopardılması tələb olunur.
78 Saylı Lerik rayon seçki dairəsinin rəhbərliyinə bu barədə bir neçə dəfə şifahi məlumat verməyimə baxmayaraq, MM-ə bir namizəd kimi mənə qarşı tətbiq olunan qeyri-qanuni hərəkətlər davam etməkdədir...
Bu sayaq qeyri-bərabər, ədalətsiz şəraitdə Seçki marafonunu davam etdirmek mümkün deyil!
Xahiş edirem ki, 78 saylı Lerik seçki dairəsində Seçki Qanunları pozuntusunun qarşısı alınsın".
Hörmələ: Mehdibəy Səfərov.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər