BolgeXeber.Com » Bölgə » Mingəçevirdə köçkünlərin etiraz aksiyası: «Dövlətin bizə ayırdığı mənzilləri satırlar» — VİDEO, FOTOLAR

Mingəçevirdə köçkünlərin etiraz aksiyası: «Dövlətin bizə ayırdığı mənzilləri satırlar» — VİDEO, FOTOLAR

27-10-2015, 10:02
Oxunub: 3 637 Mingəçevirdə köçkünlərin etiraz aksiyası: «Dövlətin bizə ayırdığı mənzilləri satırlar» — VİDEO, FOTOLARMingçevir şəhəri, keçmiş Texniki Universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlər mənzil bölgüsünə etiraz olaraq, aksiya keçiriblər

Yataqxanada yaşayan sakinlər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu ilin sentyabr ayından başlayaraq, mənzil bölgüsünə başladığını bildirdilər. Lakin məcburi köçkünlər mənzillərin bölgüsü zamanı saxtakarlığa yol verildiyini iddia edirlər.

Musavat.com-un Mingəçevir şəhərinə ezam olunmuş müxbiri məcburi köçkünlərin şikayətlərini dinləyib.1993-cü ildən Texniki Universitetin qəzalı vəziyyətdə olan yataqxanasında 178 ailə yaşayıb. Burada Ağdam, Füzuli, Laçın rayonlarından qaçqın düşən məcburi köçkünlər və yerli sakinlər məskunlaşıblar.

Ötən aydan başlayaraq, 20-yə yaxın ailə istisna olmaqla, digərləri məcburi köçkünlər üçün nəzərdə tutulmuş yeni evlərə köçürülüb. Bu səbəbdən mənzillə təmin olunmayan sakinlər şəhərin mərkəzi küçələrində etiraz aksiyası keçiriblər.

Onların məqsədi bölgünün ədalətli şəklildə aparılması və aidiyyatı olmayan kəslərə evlərin satılmasının qarşısının alınması olub. Çəkiliş apardığımız zaman məlum oldu ki, yataqxanada söküntüdən sonra bina qəzalı vəziyyətə düşüb. Köçürülən ailələrin mənzilləri səliqəsiz şəkildə sökülür. Qaz, işıq, su xəttləri sıradan çıxıb.

Yataqxanada yaşayan sakinlər kommunal problemlərdən əziyyət çəkirlər. Sakinlər içməli suya belə, həsrət qaldıqlarını bildirdilər: “Mənzilləri tez boşaltmaq, camaatı çıxarmaq üçün yüz varianta əl atırlar. Gah suyu, gah da işığı kəsdilər ki, bezib çıxıb gedək”.

Musavat.com-un kamerasına danışan məcburi köçkün İlyas İsmayılov mənzillərin pulla satıldığını dedi: “Qaçqınkom”un sədri Elman İsmayılov yeni mənzillərə “daskı” qoyub. 2 otaqlı mənzil 8 min manat, 4 otaqlı mənzil isə 12 min manat… Kimin pulu var, adı siyahıda olub-olmasından asılı olmayaraq, yeni mənzillər həmin şəxsə verilir. Burada illərdir ki, yaşamayan bir nəfər var idi. Eşitdi ki, mənzil bölgüsüdür, Moskvadan gəldi pulunu verdi mənzili aldı. Dəfələrlə şikayətimi bildirmişəm, müraciət etmişəm. “Qaçqınkom”dan bildirilib ki, “əliniz hara çatır gedin şikayət edin”. Deyirlər ki, Mingəçevirin Qaçqınkom”un sədri, Respublika “Qaçqınkom”un sədri Əli Həsənovun qohumudur. Siz hara müraciət etsəniz belə, xeyri yoxdur”.

Məcburi köçkünlər Mingəçevir şəhər Qaçqın və Məcburi Köçkün Komitəsinin qarşısında etirazı davam etdirdilər. Musavat.com-un müxbiri məcburi köçkünlərin mənzil problemi ilə bağlı komitə nümayəndəsi Hüseyn adlı şəxslə görüşüb.

Kameramıza danışmaqdan imtina etsə də, sakinlərin mənzil problemlərinə aydınlıq gətirdi: “Etiraz edən sakinlərin əksəriyyətinin adına mənzil var. Biz 100-dən çox ailəni siyahıya alıb, yeni mənzillə təmin etmişik. İstəsəniz onların adında mənzil olub-olmadığını yoxlaya bilərsiniz”.

Çəkiliş zamanı etirazçılarla komitə nümayəndəsi arasında gərginlik yaşandı. Nazirlik nümayəndəsi ilə söhbət zamanı onlar qəfil içəri daxil olaraq mənzil problemlərinin həll olunmlasını tələb etdilər. Məcburi köçkünlər Qaçqınkom”u onlara veriləcək mənzilləri pulla satmaqda ittiham etdilər. Komitə nümayəndəsi onları çölə çıxarmağa cəhd göstərsə də, lakin sakinlər müqavimət göstərdilər.

Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün olan Nəzakət Süleymanova ona mənzil düşdüyü halda ala bilmədiyini dedi: «1993-cü ildən bu yataqxanada məskunlaşmışam. Heç yerə köçməmişəm. Qızım ailəsindən ayrıldıqdan sonra başqa bir mənzildə məskunlaşıb. Mənimlə heş bir əlaqəsi yoxdur. Ayrı-ayrı evlərdə yaşayırıq. Mənzillər verilən vaxtı qızımla məni bir mənzillə təmin edirlər. Məni qızımın üstünə yazıblar. Mənə ikiotaqlı mənzil verirlər. Mən isə haqqımı tələb edirəm. Verdiyi mənzildən imtina etdim».

Sakinlərin bildirdiynə görə, icra başçısı Niyazi Bayramov məcburi köçkünlərin ölkə başçısına məktub göndərilməsinin qarşısını alıb. Poçtlara məktub göndərilməsinə qadağa qoyub. Sakinlər Yevlax rayonuna gedib, şikayətlərini oradan göndərirlər. Bundan əlavə evlərin verilməsi bir tərəfə, yataqxanada oğurluq hadisələri də baş alıb gedir.

İcra başçısı Niyazi Bayramov məcburi köçkünlərə başqa bir yerdə 2 il müddətində ev tikdirib, paylanacağına vəd verib. Bir neçə gün əvvəl məcburi köçkünlər İcra Hakimiyyətinin qarşısına toplaşıblar və icra başçısının qəbuluna düşmək istəyərkən polis əməkdaşlarının təzyiqi ilə üzləşiblər.

Mingəçevirdə köçkünlərin etiraz aksiyası: «Dövlətin bizə ayırdığı mənzilləri satırlar» — VİDEO, FOTOLAR
Mingəçevirdə köçkünlərin etiraz aksiyası: «Dövlətin bizə ayırdığı mənzilləri satırlar» — VİDEO, FOTOLAR
Mingəçevirdə köçkünlərin etiraz aksiyası: «Dövlətin bizə ayırdığı mənzilləri satırlar» — VİDEO, FOTOLAR
Mingəçevirdə köçkünlərin etiraz aksiyası: «Dövlətin bizə ayırdığı mənzilləri satırlar» — VİDEO, FOTOLAR
Mingəçevirdə köçkünlərin etiraz aksiyası: «Dövlətin bizə ayırdığı mənzilləri satırlar» — VİDEO, FOTOLAR
Mingəçevirdə köçkünlərin etiraz aksiyası: «Dövlətin bizə ayırdığı mənzilləri satırlar» — VİDEO, FOTOLAR
Mingəçevirdə köçkünlərin etiraz aksiyası: «Dövlətin bizə ayırdığı mənzilləri satırlar» — VİDEO, FOTOLAR