BolgeXeber.Com » Bölgə » “Azərsu” sədrinin prezidentə qarşı “Rzayev jesti“

“Azərsu” sədrinin prezidentə qarşı “Rzayev jesti“

29-10-2015, 12:36
Oxunub: 3 347 “Azərsu” sədrinin prezidentə qarşı “Rzayev jesti““Azərsu” ASC sədri prezidentin qərarına qarşı addım atıb.

Qorxmaz Hüseynov qurumun keçmiş rəhbəri Nizaməddin Rzayevi özünə müşavir təyin edib.

Adı qalmaqallarda hallanan, rəhbər olduğu dövrdə müxtəlif maxinasiya və korrupsiya əməliyyatlarında iştirakı olan, bu qurumda rüşvəti çiçəkləndirən eks-sədrin təzədən “Azərsu” ASC-yə gətirilməsi ürəkaçan perspektiv vəd etmir.
Prezidentin sərəncamı ilə işindən azad olunan sabiq məmurun müşavir təyinatı bir çox suallara yol açır. Q.Hüseynovun bu qərarı verməsində hansı faktorları nəzərə alması da qeyri-müəyyən olaraq qalır.
Qafqaznews.az xəbər verir ki, Nizaməddin Rzayev 2005-ci ildən 2011-ci ilədək “Azərsu” ASC-nin prezidenti postunu tutub. 14 fevral 2011-ci ildə isə Prezident İlham Əliyev onu vəzifəsindən azad edib. Çünki N.Rzayev vəzifədə olduğu müddətdə böyük səhvlərə yol verib.
Mətbuat yazırdı ki, sabiq “Azərsu” sədri məhz ona qarşı korrupsiya şübhələrinin, xüsusən də 1 milyard manatdan baha başa gələn Oğuz-Qəbələ-Bakı su kəmərinin büdcə vəsaitlərini şübhəli xərcləməyə və nəticədə layihənin keyfiyyətli şəkildə başa çatdırılmamasına görə postundan uzaqlaşdırılıb.
Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı günü Prezidenti aldatmışdı. Su kəməri Bakıya çatmamış onun açılışı həyata keçirilmişdi.

N.Rzayevin dövründə “Azərsu” SC-ində maaşlar 9 ay gecikmə ilə verilirdi. Çünki N.Rzayev o vaxtlar Yeni Yasamal deyilən ərazidə göydələnlərin tikintisi ilə məşğul olurdu. Lakin şirkətin yüzlərlə işçisi evlərinə çörək pulu apara bilmirdilər.
Nizaməddin Rzayevin rəhbərlik etdiyi dövrdə kifayət qədər qaranlıq maliyyə əməliyyatlarının aparıldığı qeyd olunub. Görəsən, Prezidentin sərəncamı ilə işdən azad edilmiş şəxsi işə bərpa etməklə Q.Hüseynov kimə meydan oxumaq istəyir?
“Azərsu” sədrinin prezidentə qarşı “Rzayev jesti“