Gənc müəllim və şagirdlərlə tədbir keçirilib - Bərdədə
3-11-2015, 19:33
Oxunub: 5 303
Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov gəncləri qarşıdan gələn “Bayraq günü” münasibətilə təbrik edib
Bu gün Bərdə şəhər 8 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Cəbhə bölgəsində dövlət rəmzlərinin təbliği” adlı layihə çərçivəsində gənc müəllim və şagirdlərlə tədbir keçirilib.
Bolgexeber.com-a daxil olan məlumata görə, tədbirə Qarabağ müharibəsi veteranları, KİV nümayəndələri və fəal gənclər dəvət olunub.
Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tədbir iştirakçılarını təşkilatçılar adından salamlayıb və qonaqları təqdim edib. Sonra o, mövzu ilə bağlı qısa məlumat verib
Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov gəncləri qarşıdan gələn “Bayraq günü” münasibətilə təbrik edib.
“Cəbhə bölgəsində dövlət rəmzlərinin təbliği” layihəsinin rəhbəri Zibeydə Eyvazova layihə barədə geniş və ətraflı məlumat verərək, dövlət rəmzlərinin yaranma tarixindən danışıb.
Rayon təhsil şöbəsinin metodisti Vüsal Quliyev məktəblərdə bu sahədə görülən işlərdən danışıb.
Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində dövlət rəmzləri ilə bağlı hazırlanmış bukletlər və təqvimlər paylanıb.
Rayonda yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi sahəsində gösrərdiyi fəallığa görə “Cəbhə bölgəsində dövlət rəmzlərinin təbliği” layihəsinin rəhbəri Zübeydə Eyvazova Bərdə rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif edilib.
Tədbirə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov yekun vurub.
Sonda xatirə şəkilləri çəkilib.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər