BolgeXeber.Com » Bölgə » Kürdəmirin yeni deputatı qalmaqalda: mandatı ləğv oluna bilər

Kürdəmirin yeni deputatı qalmaqalda: mandatı ləğv oluna bilər

5-11-2015, 11:48
Oxunub: 2 902 Kürdəmirin yeni deputatı qalmaqalda: mandatı ləğv oluna bilərHüquqşünas: “Milli Məclis onun deputatlıq səlahiyyətinə xitam verməlidir”

rrNoyabrın 1-də keçirilən parlament seçkilərində 57 saylı Kürdəmir seçki dairəsindən Belçika Krallığında yaşayan azərbaycanlı Müslüm Məmmədov deputat seçilib. O, 14387 səs yığaraq qalib gəlib. M.Məmmədov anket məlumatında Belçika Krallığının Brüssel şəhərində yaşadığını göstərib. Bitərəf deputat Brüsseldə Azərbaycan Kommunikasiya Ofisinin rəhbəridir. 2009-cu ildə fəaliyyətə başlamış bu ofis Belçikada lobbi xidmətinin təşkili ilə məşğuldur.
M.Məmmədovun Milli Məclisin üzvü seçilməsi suallar yaradıb. İndiyə qədər xarici ölkə vətəndaşının Azərbaycanda deputat seçilməsi hallarına rast gəlinməyib. Maraqlıdır, qanunvericiliyimizdə belə hallarla bağlı hər hansı bir prosedur varmı, yaxud digər ölkənin vətəndaşı Azərbaycan parlamentinə deputat seçilə bilərmi?
Hüquqşünas Müzəffər Baxış “Musavat.com”a açıqlamasında qanunvericilikdə xarici ölkə vətəndaşının ölkəmizdə millət vəkili seçilməsinin qadağan olduğunu bildirdi: “Qanunvericiliymizə görə, başqa ölkənin vətəndaşı Azərbaycan Milli Məclisinə deputat seçilə bilməz. Yalnız Azərbaycan vətəndaşı deputat seçilə bilər. Ola bilsin ki, Müslüm müəllim əvvəllər Belçika vətəndaşı olub, indi Azərbaycan vətəndaşıdır. Əgər o, Belçika vətəndaşıdırsa, Dairə Seçki Komissiyası qeydə almazdı.
Hətta qanunvericiliyin 89-cu maddəsində göstərilir ki, millət vəkili olan şəxs xarici ölkənin vətəndaşlığını qəbul edirsə, Milli Məclis onun deputatlıq səlahiyyətinə xitam verməlidir. Belə bir məsələnin olacağına inanmıram. Amma bir şeyi də deyim ki, Azərbaycan vətəndaşı ola-ola Belçika vətəndaşlığını gizlədə də bilər. Gələcəkdə bu hal üzə çıxsa, deputatlıq səlahiyyətlərinə xitam veriləcək. Bu məsələ dəqiq araşdırılmalıdır. Bir daha bildirirəm ki, yalnız Azərbaycan Respublikasının vətəndaşları Milli Məclisimizə deputat seçilə bilərlər”.
Bolgexeber.com