Masallıda aclıq edənlərin sayı 3 nəfərdən çox deyil
28-03-2012, 14:05
Oxunub: 5 579
Onların bir qismi hesab edir ki, Məmmədağa Eynullayevin keçirdiyi aksiya daha çox şəxsi maraqlara hesablanıb
Xəbər verildiyi kimi, Masallıda bir qrup ziyalı yerli icra başçısının rayonda apardığı siyasətə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Bolgexeber.com bildirir ki, hələ Novruz Bayramından əvvəl start götürmüş aclıq aksiyası, müvəqqəti olaraq dayandırılmışdı. Artıq iki gündür yenidən start götürən aclıq aksiyasına isə Məmmədağa Eynullayev başçılıq edir.
Rayondan aldığımız məlumata görə, keçirilən aclıq aksiyasının əhatə dairəsinin genişlənməməsinin bir sıra səbəbləri var. Ən başlıca səbəb kimi isə prosesə Məmmədağa Eynullayevin rəhbərlik etməsidir. Masallı ziyalıları bildirib ki, vaxtıyla rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri vəzifəsində çalışan sözügedən şəxsin həmin dövrlərdə yerli sahibkarlar və əhali ilə bir sıra ciddi problemləri olub. Hazırkı icra başçısı Qəzənfər Ağayevin işçisi olaraq bir çox obyekt və tikililərin sökülməsində yaxından iştirak etdiyi üçün əhali tərəfindən heç də xoş qarşılanmayan Eynullayevin aclıq aksiyisı keçirməsinə də məhz bu səbəbdən ciddi yanaşmırlar.
Ziyalılar deyir ki, əgər M.Eynullayevin icra başçısı Qəzənfər Ağayevin siyasətinə etirazı var idisə, bunu niyə işdən çıxarıldıqdan sonra etməyə başlayıb. Hal hazırda aclıq aksiyasına qoşulanların 3 nəfərdən artıq olmamasının səbəbini də bununla izah edən ziyalılar həm də ortada başqa faktorların da olduğunu qeyd edirlər. «Bu gün aclıq aksiyasını keçirənlərin sayı 3 nəfərdər artıq deyil. İnanmırıq ki, bu aksiyaya qoşulanlar olsun. Ziyalıların prosesə qatılmamasının səbəbi həm də onunla bağlıdır ki, bu işdə başqa faktorlar da ola bilər».
Başqa faktorlar deyildiyində isə ziyalılar əsasən Daşkəsənin icra başçısı və Masallının keçmiş deputatı Əhəd Abıyevlə Qəzənfər Ağayev arasında yaşanan problemləri nəzərdə tuturlar. Onlar bildirirlər ki, Əhəd Abıyev uzunmüddət Masallıda ciddi nüfuz qazanmaq üçün mübarizə aparıb və bu zaman yerli İcra Hakimiyyəti orqanlarının başçıları ilə yola getməyib. «Nəticədə problemlər yaranıb ki, bu gün də həmin proses davam edir. Artıq bir çox mətbuat orqanları da yazırlar ki, keçirilən aclıq aksiyasında Əhəd Abıyevin əli ola bilər. Çünki Əhəd Abıyevin imperiyasının dağıdılmasında icra başçısı Qəzənfər Ağayevin müstəsna rolu olub».
Saytımıza danışan ziyalılar başqa bir məsələdə də iddia ediblər. Onlar deyirlər ki, bayram öncəsi aclıq aksiyası keçirən Məmmədağa Eynullayevə baş çəkdikləri zaman gördükləri mənzərə onları şoka salıb. «Biz aclıq aksiyası keçirdiyi üçün ona baş çəkmək üçün getdiyimizdə, gördüyümüzə inanmadıq. Çünki aclıq aksiyası keçirdiyini iddia etdiyi bir vaxtda Məmmədağa Eynullayev və yanındakı adamlar yemək yeyirdilər. Açığı bu da bizdə heç də xoş olmayan təəssürat yaratdı».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər