BolgeXeber.Com » Bölgə » Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Bayraq Günü tədbiri - FOTOLAR
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Bayraq Günü tədbiri - FOTOLAR
6-11-2015, 15:13
Oxunub: 8 252
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə “Üç rəngli bayrağımla fəxr edirəm” adlı tədbir keçirildi. Əvvəlcə Mərkəzin Rəsm dərnəyi üzvlərinin Bayraq gününə həsr edilmiş əl işlərinin sərgisinə tamaşa edildi.
Bolgexeber.com xəbər verir ki, mərkəzin kino zalında isə Bakıya müsbiqəyə getmiş dərnək üzvlərinin rəsmləri ekranda tamaşaçılara göstərildi. Tədbir Bayraq gününə həsr olunmuş sənədli film ilə başlandı.Sonra Mərkəzin direktoru Aytən Zülfəliyeva geniş məruzə ilə çıxış etdi və qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir.Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabırın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Prezident İlham Əliyev tərəfindən 2009-cu ildə imzalanan sərəncama əsasən hər il 9 noyabır Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.Sonra Mərkəzin bələdçisi Şəbnəm Mehtiyeva bayrağımızın rəmzləri haqqında geniş məruzə ilə çıxış etdi.Tədbirin sonunda rayon 4, 8, 10 saylı məktəbin şagirdləri Bayraq gününə həsr olunmuş şeirlər söylədilər.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər