BolgeXeber.Com » Bölgə » Yağış Astaranı dağıtdı (FOTO,VİDEO)

Yağış Astaranı dağıtdı (FOTO,VİDEO)

9-11-2015, 16:47
Oxunub: 3 732 Yağış Astaranı dağıtdı (FOTO,VİDEO)Cənub bölgəsində yağan intensiv yağaış rayonlara ciddi ziyan vurub

Bolgexeber.com ans press-ə istinadən xəbər verir ki, son iki gündə ən çox yağıntı Astara rayonuna düşüb. Şəhərin mərkəzindəki evlər, həyətlər su altında qalıb.

Ən gərgin vəziyyət isə Azərbaycan və S.Vurğun küçələrində yaşanır. Bu ərazidə həyətlərə 1 metrə qədər su yığılması sakinlər üçün ciddi problemlər yaradıb. Ən böyük çətinlik gediş gəlişdədir. Sakinlər hətta uzunboğaz çəkmə ilə də hərəkət edə bilmədiklərini deyirlər.

Onlar vaxtı ilə mövcud olan kanalların doldurularaq yerində evlər, mağazalar tikildiyini, bu səbəbdən də suların axması üçün yer olmadığından şikayətçidirlər.

Astara rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, mövcud vəziyyətlə əlaqədar şəhərdə iki gündür gərgin iş gedir, kanallar dərinləşdirilir, suya axın vermək üçün hətta asfalt yollar qazılır. Astara şəhər icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şahverən Cavadov bildirib ki, bütün texnika və işçi qüvvəsi problemin həllinə cəlb edilib.

İcra nümayəndəsi yaranmış vəziyyətə vətəndaşların özlərinin səbəb olduğunu, suötürücü kanalların doldurulması səbəbindən yığılan suların ərazidən kənarlaşdırmağın çətinlik törətdiyini deyib.

Artıq 20-yə qədər ailə su basma ilə əlaqədar yaxınlarının evlərinə köçürülüb. Bölgədə yağmurlu hava şəraiti davam edir.

Bir neçə gün öncə yağış Lənkəranda görünməmiş fəsadlara yol açmışdı. Oktyabr ayının 26-dan başlanan və gecə saatlarında daha da intensivləşən yağış rayonu su altında qoyub. Rayona 12 saat ərzində düşən yağıntının miqdarı aylıq normanın 50%-dən artıq olub. Dağlardan, xüsusən də Lerik istiqamətindən gələn sel suları Lənkəran ərazisindəki bütün çayları məcrasından çıxarıb. Dağətəyi kəndlərdə xeyli sayda mal - qaranı və ev quşlarını sel aparıb. Dağdan gələn sel suları yolları dağıdıb, 10-na yaxın körpünü uçurub.

Yaranmış vəziyyətlə əlaqədar rayonda fövqaladə iş rejiminə keçilib. Yüzlərlə insan öv evlərindən köçürülüb.

Yağış Astaranı dağıtdı (FOTO,VİDEO)
Yağış Astaranı dağıtdı (FOTO,VİDEO)
Yağış Astaranı dağıtdı (FOTO,VİDEO)