BolgeXeber.Com » Bölgə » Dövlət Bayrağı günü Füzulidə qeyd olundu - FOTOLAR

Dövlət Bayrağı günü Füzulidə qeyd olundu - FOTOLAR

10-11-2015, 12:02
Oxunub: 3 258 Dövlət Bayrağı günü Füzulidə qeyd olundu - FOTOLARHoradiz şəhərində Heydər Əliyev Mərkəzində 09 noyabr Azərbaycanın Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilmişdir

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Bolgexeber.com xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açmış, 09 noyabr dövlət bayrağı günü münasibəti ilə iştirakçıları təbrik etmişdir.
Bildirmişdir ki, 2009-cu il noyabrın 17-də Prezident cənab İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır.

Alı Alıyev qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Alı Alıyev bildirmişdir ki, hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üç rəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.
Alı Alıyev deyib ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:
“Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik.”
Digər çıxış edənlər 09 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasını əlamətdar bir hadisə olduğunu vurğulamışlar, müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışmılar.
Dövlət Bayrağı günü Füzulidə qeyd olundu - FOTOLAR
Dövlət Bayrağı günü Füzulidə qeyd olundu - FOTOLAR
Dövlət Bayrağı günü Füzulidə qeyd olundu - FOTOLAR