BolgeXeber.Com » Bölgə » Gənc şəhərin Gənclər prospektində tikinti işləri davam edir - Horadizdən FOTOLAR
Gənc şəhərin Gənclər prospektində tikinti işləri davam edir - Horadizdən FOTOLAR
16-11-2015, 12:04
Oxunub: 881
Füzuli rayonunda, xüsusilə Horadiz şəhərində görülən işlər ürəkaçandır
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan abadlıq-quruculuq işləri davam etdirilir. Görülən işlər, həyata keçirilən dövlət proqramları şəhərlərin, qəsəbələrin, kəndlərin simasını dəyişir. Bu dəyişiklikləri cəbhə bölgəsində yerləşən Füzuli rayonunun timsalında da aydın görmək olar.
Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələrin salınması, Horadizə şəhər statusunun verilməsi, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş etmişdir. Bu gün füzulililər “abad kənd”, “abad qəsəbə”, “abad küçə” devizi ilə işləyir, sabahlarını yaradırlar. “Füzuli hər gün tikilir” desək yanılmarıq. Respublikanın ən gənc şəhəri olan Horadizdə tikinti-quruculuq abadlıq işləri davam etdirilir. Hazırda Horadiz şəhərində yeni salınmış “Gənclər prospekti”nin genişləndirilməsi istiqamətində iş aparılır. Prospekt boyunca Türkiyə və İtaliyadan gətirilmiş həmişəyaşıl ağac və gül kolları əkilir, yeraltı işıq sistemi çəkilir, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər vurulur, işıqforlar quraşdırılır. “Gənclər prospekti” boyunca tikilən rayon Statistika İdarəsinin, SHXÇDX-nin rayon şöbəsinin inzibati binaları da yaxın günlərdə istifadəyə veriləcək.
Respublikanın ən gənc şəhəri olan Horadiz sakinləri gündən-günə gözəlləşən şəhərlərini Füzulidən kənarda yaşayan həmyerlilərinə bu sözlərlə çatdırırlar. Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır! Həqiqətən də Füzuli rayonunda, xüsusilə Horadiz şəhərində görülən işlər ürəkaçandır.
Son dörd ildə Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 6 küçədə abadlıq-quruculuq işləri görülmüş, həmin küçələr yenidən qurulmuşdur. Ümumi uzunluğu 15 kilometrə qədər olan həmin küçələr yenidən salınmış, yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, işıqforlar quraşdırılmış, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır. Horadizlilər öz şəhərləri ilə fəxr edirlər. Küçələrin təmizliyi, səliqə-səhman işləri həmişə diqqət mərkəzində saxlanılır.
Şəhər sakinləri Horadizin daha da gözəlləşdirilməsinə, şəhərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdardırlar.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm