BolgeXeber.Com » Bölgə » Bərdədə güllə atıcılığı üzrə ənənəvi rayon birinciliyi keçirilib-FOTO

Bərdədə güllə atıcılığı üzrə ənənəvi rayon birinciliyi keçirilib-FOTO

20-11-2015, 20:07
Oxunub: 5 017 Bərdədə güllə atıcılığı üzrə ənənəvi rayon birinciliyi keçirilib-FOTOHəlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir

Bu gün Milli Qəhrəman S.Behbudov adına Bərdə şəhər 6 №li tam orta məktəbdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd səmasında ermənilər tərəfindən vurulmuş helikopterdə həlak olanların xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə məktəblilərin V ənənəvi rayon birinciliyi keçirilmişdir.Birincilikdə rayonun 59 tam orta məktəblərindən 236 nəfər (118 qız,118 oğlan) yuxarı sinif şagirdləri iştirak etmişdir.

Həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Sahbazov açaraq iştirakçıları salamladı və Qarakənd faciəsi haqqında məlumat verərək qeyd etdi ki,bu tədbirin keçirilməsində əsas məqsəd Faciə qurbanlarının xatirəsini bir daha yad etmək,yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdən ibarətdir.Sonra o,Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları tərəfindən gənclərin hərtəraflı inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.

Bərdə rayon Təhsil şöbəsinin metodisti,yarışın baş hakimi İsa Abbasov çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı,yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində belə tədbirlərin vacibliyindən danışdı.Sonra o,yarış barədə komandalara ətraflı məlumat verdi.

Birincilik təşkilatçılar tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.

Yarışın yüksək səviyyədə keçirilməsi və iştirakçıların göstərdiyi nəticələrini qiymətləndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə hakimlər heyəti təyin edilmişdir:

1.Abbasov İsa Böyükkişi oğlu - Təhsil şöbəsinin metodisti - baş hakim

2.Quliyev Tahir Süleyman oğlu - Gənclər və İdman idarəsinin rəis müavini - hakim

3.Qasımov Aydın Knyaz oğlu - Gənclər və İdman idarəsinin baş məsləhətçisi - hakim

4.Rəsulov Anar Həsən oğlu - Təhsil şöbəsinin metodisti - hakim

5.Lətifov Məmməd Baloğlan oğlu – UGİM direktoru -hakim

Yarış pnevmatik tüfəngdən hər iştirakçıya 3 güllə olmaqla 5 metr məsafəyə atəş açmaqla keçirilmişdir.Hər komandada 2 oğlan və 2 qız iştirak etmişdir.

Daha yaxşı nəticə göstərən Milli Qəhrəman S.Behbudov adına Bərdə şəhər 6№li tam orta məktəbinin komandası 49 xalla I yeri,Kətəlparaq kənd tam orta məktəbinin komandası 37 xalla II yeri və İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbinin komandası isə 36 xalla III yeri tutmuşlar.Oğlanlar arasında R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbinin komandasının üzvü Sərxan Rzaoğlu 22 xal,qızlar arasında isə Milli Qəhrəman S.Behbudov adına Bərdə şəhər 6№li tam orta məktəbinin komandasınin üzvü Sevinc Rzayeva 20 xal toplayaraq birinci olmuşlar.

Qalib komandalar və yüksək nəticə əldə etmiş şagirdlər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunmuşlar.

Birinciliyin keçirilməsi vaxtı heç bir əsasnamə pozuntusu olmamışdır.
Bolgexeber.com
Bərdədə güllə atıcılığı üzrə ənənəvi rayon birinciliyi keçirilib-FOTO
Bərdədə güllə atıcılığı üzrə ənənəvi rayon birinciliyi keçirilib-FOTO
Bərdədə güllə atıcılığı üzrə ənənəvi rayon birinciliyi keçirilib-FOTO
Bərdədə güllə atıcılığı üzrə ənənəvi rayon birinciliyi keçirilib-FOTO