BolgeXeber.Com » Bölgə » Zaqatalada bir gün-Foto

Zaqatalada bir gün-Foto

8-04-2012, 00:05
Oxunub: 6 880





Zaqatalada olan yeniliklər barədə əməkdaşımızn reportajı

Son zamanlar mətbuatda tənqid olunan rayonlar arasında Zaqatalnın olduğunu nəzərə alaraq baş redaktorumuz bu dəfəki reportajın hazırlanmasını mənə tapşıranda və səfərimin Zaqatala rayonu olmasını biləndə çox sevindim. İlk öncə ona görə ki, Azərbaycanın bir çox rayonlarını gəzsəm də Zaqatala rayonu haqqında ancaq eşitmişdim, görməmişdim. Və belə bir təklif isə mənim üçün göydəndüşmə oldu.

Beləliklə gedəcəyim Zaqatala rayonuna səhər sübh saatlarında yola çıxdım. Nə az nə çox düz 6 saat yol qət etdim. Ancaq həmin 6 saatın özü də mənə maraq verdi. Yol boyu düzülən kəndlərimizə baharın gəlişi özünəməxsus şəkildə gözəllik verirdi.

Beləliklə 6 saatlıq yolu başa vurduq . İlk olaraq rayon rəhbərliyinə gəlişim və məqsədim barədə məlumat verdim. Gəlişimin məqsədi rayon haqıında mətbuatda gedən məlumatlar, görülən işlər ən əsası rayon haqqında umumi məlumat toplamaq idi.

Rayonun İcra hakimiyyətinin İctimayyətlə əlaqələr şöbəsinin müdiri Nizami Abdullayev bizi Zaqatala rayonu ilə əməli başlı tanış etdi. 2 saatdan çox rayon ərazisində gəzdik. Həmsöhbətimlə bir xeyli söhbət etdik. Həmsöhbətim Nizami Abdullayev qeyd etdi ki, rayonda son zamanlar xalqın sosial rifah halının yaxşılaşdırması, rayonun iqtisadi potensialının artırılmnası istiqamətində böyük işlər görülüb. Ölkə başçısının “Regionların sosial iqtisadi inkişafı” dövlət proqramı rayonda uğurla icra olunur.

Daha sonar gəzə- gəzə gəlib çıxdıq ağsaqqalları və müharibə veteranların daima dincəldiyi parka. O parka ki, adını çəkdiyimiz insanlar daima bu parklda gəzişir və günlərinin bu parkda xoş keçirirlər. Beləliklə görüşdüyümüz ilk insan Veteranlar Şurasının sədri Kərimov Ənvər Mövsüm oğlu söhbəti zamnı bildirdi ki, Zaqatala rayon Veteranlar Şurası 1987-ci ildə yaranıb. Veteranlar şurasına və veteranlara dövlət başçısı başda olmaqla İcra başçısı böyük qayğı göstərir. Cənab Prezident zaqatalada olarkən birinci növbədə Veteranlarla görüş keçirmişdir. Və Zaqatala rayonunda gedən quruculuq işlərindən razılığını bildirmiş, veteranlara göstərdiyi qayğıya görə qurur hissi keçirdiyini qeyd etmişdir. İcra Hakimiyyəti başçısı cənab Mübariz Əhmədzadə veteranlara hər zaman xüsusi diqqət göstərir, veteranlarla tez-tez görüşlər təşkil edir. Qələbə bayramında veteranlara hədiyyələr verən icra başçısı qeyd etmişdir ki, işlədiyi müddət ərzində veteranların yanında olacaq və qayğısını əsirgəməyəcəkdir.”

Bildirmək istəyirəm ki, veteranlarımız bu gün fəaliyyətdədir və rayon gənclərinin vətənpərvərliyi ilə məşğul olurlar. Hətta məktəblərdə, görüşlər təşkil edib, şagirdlərimizə və gənclərimizə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından, vetaranlara hər zaman göstərdiyi qayğıdan söhbət açırıq. Onu da qeyd edim ki, tədbirlərimizin təşkilində icra başçısı Mübariz müəllimin əməyi böyükdür çünki O, hər zaman bizimlədir. Cənab başçı maddi durumu çətin olan veteranlara pul yardımı edir və rayon idarə müəssisələrinə xüsusi tapşırıq verir ki, biz veteranlara qayğı göstərsinlər.
Mən şuranın sədri kimi bu gün Dövlət başçımız İlham Heydər oğlu Əliyev cənabları başda olmaqla icra başçımız Mübariz müəllimə vetranlara göstərdiyi qayğıya görə dərin təşəkkürlərimi bildirirəm.

Daha sonra Nizami müəllim bizi rayonun Zaqatala rayon Ağbirçəylər Şurasının sədri Sona Həmzət qızı ilə görüşdürdü. Görüşdə rayonun Ağbirçəylərinin problemləri və yaşam tərzi ilə maraqlandıq. Sona müəllimə çıxışında bildirdi ki, ilk öncə mən Bolgexeber.com xəbər portalının rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm ona görə ki, bizləri sayırsınız, dəyər verirsiniz və sözlərimizi ictimayətə çatdırırsınız. Onu qeyd edim ki, Ağbirçəy deyəndə bu ad yaşlı qadın üçün şərəfli və uca addır. Rayonumuzda 30-dan yuxarı ağbirçəy ana var ki, yaşları 90-ı keçib. Biz rayon ağbirçəyləri ilə görüşlər təşkil edib, onların problemləri ilə maraqlanırıq. Rayonun Makov kəndində 90 yaşlı Rəcəbova Fatma xanım ilə bu yaxınlarda görüşümüz baş tutdu. Mən onu həyacan hissi ilə öpüb qucaqlayarkən, yaşlı qadın mənə bildirdi ki, mən sağlamam və bu gün də evə bazarlıq etmək üçün bazara özüm gedib-gəlirəm.
“Nəzərinizə çatdırım ki, rayon ağbirçəylərinin hansı sıxıntısı olubsada dərhal icra hakimiyyəti başçısı həmin çatışmamazlığı aradan qaldırıb. Hətta maddi yardım edib həmin yaşlı qadınlara. Ən əsası isə yaşlı qadınlara mənəvi dayaq olmaq və adlarını hansısa tədbirlərdə çəkmək onları sevindirir. Bu gün yaşlı qadınların nəvazişə ehtiyyacları var çünki mən onlarla söhbət apararkən gördüm ki, onlar nə var istəyir nə də dövlət yalnızca nəvaziş. Xüsusi ilə qeyd edim ki, icra başçısı Mübariz müəllim həmin yaşlı qadınların sağlamlığı üçün rayon xəstəxanasına qəti tapşırıq verib ki, onların qeydinə qalsınlar.”
Mən bu gün başda İlham Əliyev cənabları olmaqla onun xanımı Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm ki, rayon Ağbirçəylərinə dəyər verib, xüsusi diqqət göstərirlər.

Nahar yeməyindən sonra rayonlarda ən böyük problem sayılan ünvanlı sosial yardım mərkəzinə baş çəkdik. Baş çəkən zaman orada rayonun kəndlərindən öz problemləri ilə maraqlanmq üşün adıçıkilən ünvana gəlimiş insanlarla söhbətləşdik. Həmin insanlardan biri, Mehdizadə İlqar bizə bildirdiki, mənim ünvanlı sosial yardımım 1 ay gecikmişdir. Rayon rəhbərliyinə məlumat verəndən sonra bu problem aradan qaldırıldı. Sabir iki nəfərlə ayaq üstü söhbət etdik. Söhbət zamanı məlum oldy ki, rayonun İcra hakimiyyəti Mübariz Əhmədzadə hər kəndə ayda bir dəfə baş çəkir və kəndlərdə olan probmləri aradan qaldırmaq üçün rayon sakinləri ilə görüşür.

Daha sonra getdiyimiz ünvan Zaqatala rayon Mərkzəi Xəstəxanası oldu. Açığı deyim ki, səhiyyə ilə başlı problemlər demək olar ki, bütün regionlarda mövcuddur. Ancaq burada olanları gördükdə bir daha anlaşıldı ki, idarə müdirlərini çalışdırmaq rayon rəhbərliyindən asılıdır ki, bunu da Mübariz Əhmədzadə həyata keçirir.

Axşamüstü rayonda fəaliyyət göstərən sahibkarlarla da görüş keçirmək lap yerinə düşdü. Çünki, rayon yerlərinin ən ağrılı yeri sayılan sahibkarlıq fəaliyyəti burada daha geniş vüsət alıb. Bolgexeber.com-a müsahibə verən yaşlı sahibkarlar bildirdilər ki, bu rayonda 20 ilə yaxındır ki, sahibkarlıqla məşğuluq. “Son illər ərzində qazandığımız uğurları heç bir zaman qazanmamışıq. Bu məhz rayonun başçısı Mübariz müəllimin sahibkarlara olan qayğısından irəli gəlir. ”

Beləliklə axşamüstü 1 günlük səfərim zamanı məndə döğmalıq hissi yaradan Zaqatala rayonundan ayılıram. Təbii ki, Nizami Abdullayevə təşəkkür etdikdən sonra..!

Bakı-Zaqatala-Bakı
Peyman Sadıqov