Bərdə şairləri ilə görüş-FOTO
28-11-2015, 19:59
Oxunub: 5 286
27 noyabr 2015-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxananın uşaqlara xidmət şöbəsində “Bu şəhərin şairləri” adı altında yerli şairlərlə oxucuların görüşü keçirildi
Bolgexeber.com-un məlumatına görə tədbiri giriş sözü ilə uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova açaraq, tədbir iştirakçılarını salamladı. Sonra poeziya, şeir, şairlər haqqında ürək sözlərini söyləyərək dedi ki, şairlik heyrətdir! Hər kəsin gündə min yol söylədiyi sözə bədii don biçmək tanrının seçdiyi və sevdiyi insanlara lütf etdiyi istedad, vergidir. Poeziya zərif, çevik bir janrdır. Milyonları qırılmaz mənəvi tellərlə birləşdirən, nəhayətsiz arzu və ümidlərlə qanadlandıran, sirli, sehrli bir aləmlə qovuşduran poeziyanın ünvanı, məbədi ürəklərdir. Poeziya gözəllikdir, məzmunun təravətli
nəfəsidir. Odlar yurdumuz iqtisadi sərvəti ilə zəngin olan Azərbaycan həm də mənəvi sərvəti ilə məşhur olub. Xalqımız şeriyyətə və mədəniyyətə misilsiz töhvələr, nadir söz ustaları, böyük sənətkarlar bəxş edib. N.Gəncəvi, M.Füzuli, Ş.İsmayil Xətai, Nəsimi, S.Ə.Şirvani, M.Ə.Sabir, S.Vurğun, M.Müşviq, B.Vahabzadə, R.Rza və s. zaman-zaman Azərbaycan ədəbiyyatına yeni ruh vermiş, bir-birindən dəyərli poetik nümunələri ilə xalqımızın Azərbaycançılıq məfkurəsi, milli dəyərlər ətrafında birləşməsində layiqli xidmətlər göstərmişlər.
Söz şairlərə verildi . Şair Kazım ağa, Qabil Əsəd, Zabil Təcnis. Ağa Təhləli, Telman Hüseyn, Bəsdi Cəfərzadə, Sevinc Abbasova çıxış edərək öz şerlərini oxudular
Tədbirdə şəhər 2 saylı musiqi məktəbinin müəllimləri Qəni Quliyev, Fərhad Vahidi, Hüseyn Əliyev qəzəlxan şair Kazım Ağanın qəzəllərindən istifadə edərək muğamlar və xalq mahnıları ifa etdilər.
Oxuculardan A.Ələkbərli, Ülvüyyə Məmmədova, Sevinc Məhərrəmli, Gülşən Məmmədzadə, Gültac Atakişili. Xumar Məmmədzadə, Ətayə Əliyeva, Fatimə İsmayılova və başqaları şairlərin şerlərini həvəslə söylədilər.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər