Bərdə Mədəniyyət Mərkəzində şəhidlər anılıb-FOTO
7-12-2015, 16:45
Oxunub: 6 038
Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Hacallı kənd Folklor klubunda Hacallı kəndindən olan şəhid Elxan Zeynalov və Rəfael Mirzəyevin anım tədbiri keçirilmişdir
Tədbir Hacallı kənd Folklor klubunun təşkilatçılığı, Hacallı kənd Bələdiyyəsi və Elxan Zeynalov adına Hacallı kənd tam orta məktəbinin dəstəyi ilə keçirilmişdir.Tədbir dövlət himnimizin oxunması ilə başlamış və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə şəhidlərin keçməkeçli həyatından, qəhrəmancasına keçirdikləri döyüş yolundan və bu yolda şəhidlik zirvəsinə ucalmaqlarından söhbət açıldı. Kənd sakinləri və məktəblilər onların ruhu qarşısında baş əydiklərini və onlarla qürur duyduqlarını bildirdilər.Şəhid Rəfael Mirzəyevin atası İsa Mirzıyev çıxış edərək oğlunun həyatindan danışaraq onunla fəxr etdiyini və lazım gələrsə Ali Baş Komandanın əmrə ilə torpaqların azad olunmasında son damla qanına kimi oğlum kimi döyüşməyə hazıram. O tədbir iştirakçılarına öz təşəkürünü bildirdi. Şəhid Elxan Zeynalovun bacısı Səyyarə Zeynalova şəhidlərə qarşı göstərilən ehtirama görə tədbir iştirakçılarına və eləcədə anım tədbirini təşkil edənlərə öz minətdarlığını bildirdi. Tədbir folklor klubunun və orta məktəb şagirdlərinin təşkil çıxış və maraqli səhnəciklərlə davam etdi.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər