BolgeXeber.Com » Bölgə » 20 yaşlı oğlan özünü meşədə ağacdan asıb

20 yaşlı oğlan özünü meşədə ağacdan asıb

13-04-2012, 09:55
Oxunub: 4 200 Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Çalburun kəndi ərazisində yerləşən meşə zolağında qeydə alınıb. Kənd sakini, 20 yaşlı Cəfərqulu Quliyev meşədə ağacdan özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, mərhumun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.