Qusarda vətəndaşın evini başına uçurdular - ŞİKAYƏT VAR
12-12-2015, 15:09
Oxunub: 5 038
"Hüquq-mühafizə və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində mənə dəymiş zərərə görə Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən cəmi 1700 manat vəsait ödənilib"
Bolgexeber.com bildirir ki,Qusar rayon icra başçısı Şair Alxasov tərəfindən evinin söküldüyünü iddia edən Hacımirzə Ağamirzəyev “Qafqazinfo”ya müraciət edib.
O bildirib ki, 2010- cu ilin iyunun 6-da rayonun Samir qəsəbəsi ərazisində olan beş otaqlı evi məhkəmənin qərarı olmadan zorla sökülüb: “Söküntü prosesində İH-nin əməkdaşları Elşad Əlimuradov, Nadirşah Məmmədov da iştirak edib. Bununla da Cinayət Məcəlləsinin 157,177,186.2.1.308.və 309.cu maddələrində nəzərdə tutulmuş cinayət tərkibli hərəkət edilib. Evimin qanunsuz sökülməsi ilə başçıdan kompensasiya tələb etdikdə isə, o tapşırıq əsasında CM-nin 188-ci maddəsi ilə barəmdə cinayət işi başladaraq məni məhkəməyə verib. 3 il ərzində yüzlərlə məhkəmə baxışı keçirilib. Sonunda isə cinayət əməli olmadığı üçün mənə bəraət verilib.
Hüquq-mühafizə və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində mənə dəymiş zərərə görə Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən cəmi 1700 manat vəsait ödənilib.
Şəxsi evimin qanunsuz sökülməsi ilə əlaqədar maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə 02.07.2015-ci il tarixdə Qusar rayon məhkəməsində Qusar RİH-nə qarşı 332000 manat məbləğində mülki iddia qaldırılıb, ancaq iddia tələblərim əsassız olaraq məhkəmələr tərəfindən təmin edilməyib.
Şair Alxasov bütün hallarda öz nüfuzundan istifadə edərək məhkəmələrə təsir göstərib. Bu qanunsuzluqlar məni intihar həddinə çatdırıb. Mən ölkə başçısından bu şəxsin mənə qarşı etdiyi hərəkətlərə görə barəsində müvafiq tədbirlər görülməsini xahiş edirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər