Azərbaycan Ordusunun zabiti ağır qəza törədib
16-04-2012, 13:35
Oxunub: 5 857
Ölən və yaralananlar var
Azərbaycan Ordusunun zabiti ağır qəza törədib. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib. Hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb. Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsinin baş leytenantı, 1985-ci il təvəllüdlü Məmməd Səfərxan oğlu Həsənov idarə etdiyi “VAZ-2107” markalı, 10 LA 917 dövlət nömrə nişanlı maşınla yol kənarında dayanan piyada, 28 yaşlı Namiq Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən yerindəcə ölüb.
Piyadanı vuran M. Həsənov daha sonra idarəetməni itirərək qarşıdan gələn, Elşən Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü və ikinci maşında olan sərnişin, 23 yaşlı Məhərrəm Ağaməhərrəmov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
APA
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər