Mədəniyyət işçilərinə maaş verilmir - Zərdabda
18-12-2015, 09:39
Oxunub: 4 544
Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsində əmək haqqı qalmaqalı yaşanır
Bu barədə jam.az-a şöbənin işçiləri bildiriblər. Onlar 3 aydır maaşlarını ala bilmirlər. Zərdabın icra başçısına müraciət etsələr də, heç bir nəticəsi olmayıb. “Maliyyə Şöbəsindən deyirlər ki, pulun hara xərcləndiyini tapa bilmirlər”.
Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasına qatılan Zərdab Mədəniyyət və Turizm Şöbəsinin müdiri Eldəniz Abdullayevin işdən çıxarılması məsələsi gündəmə gəlib. “Lakin Eldəniz Abdullayev nazirə yalvar-yaxar edib ki, yaşa görə yanvarın 1-də işdən çıxarılsın. Yoxsa, oğlunun toyuna gələn olmayacaq. Naziri birtəhər yola gətiriblər». Qeyd edək ki, MTN rəhbəri Əbülfəz Qarayev yaxın vaxtlarda bölgəyə səfər edəcək. “Eldəniz Abdullayev işçilərinə yalvarıb ki, heç kim nazirin görüşünə gedib, şikayət etməsin. Maaşları da bir yerdən tapıb ödəyəcəyini vəd edib. Amma yalan deyir. Çünki məsələni icra başçısına dedikdə bildirdi ki, onluq məsələ yoxdur. Özü də çıxıb gedib məzuniyyətə”.
Bildirək ki, Eldəniz Abdullayevlə bağlı şikayət ilk deyil. Onunla bağlı bir müddət əvvəl də müraciət olunmuşdu. Orada qeyd olunurdu ki, Zərdab Mədəniyyət və Turizm Şöbəsindən xeyli sayda şəxs işdən çıxarılsa da, müdirin tapşırığı ilə onlara əmək haqqı yazılıb. Ən dəhşətli fakt isə ondan ibarətdir ki, Zərdab Mərkəzi Kitabxanasının müdir müavini düz 20 il əvəzedici kimi fəaliyyət göstərib. “Belə ki, o, bu illər ərzində müavin kimi qəbul edilsə də, sənədlərdə adı keçməyib. Daha doğrusu, rəsmi olaraq müavin kimi deiyl, səlahiyyətlərin icrası kimi sənədlərə imza atmaq hüququna sahib olub”. Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər