Çingiz Qənizadə Beyləqanda görüşlər keçirir-Foto
31-10-2010, 18:45
Oxunub: 7 430

99 yaşlı seçicinin namizədə arzusu: “Gələn il yüz yaşımı deputat kimi sizinlə qeyd etmək istəyirəm”
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun vahid namizədi Çingiz Qənizadə görüşlərini davam etdirir. 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini verən hüquq müdafiəçisi bu günlərdə Beyləqan ərazisindəki kəndlərdə görüşlər keçirir. Namizədin seçki qərargahından verilən açıqlamada bildirilir ki, artıq rayonun 80 saylı dairənin ərazisinə düşən 16 kənddən 6-da görüşlər keçirilib: “Bu görüşlər çox möhtəşəm keçir. Kəndlərin bütün ziyalı təbəqəsi, ağsaqqallar qatılırlar. Çox maraqlıdır ki, insanlar artıq onlara su, qaz, yol vədləri verən yox, onların problemlərini dövlət qurumları qarşısında qaldırmağı bacaran, qanunların hazırlanmasında iştirak edən savadlı insanların seçilməsini istəyirlər. Sevindirici haldır ki, seçicilər bu qəbildən Çingiz Qənizadəyə üstünlük verirlər, seçkilərdə aktiv iştirak edəcəklərinə və ona səs verəcəklərinə söz verirlər”. Seçki qərargahının məlumatında o da bildirilir ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsində demokratik ab-hava hökm sürür: “Ümid edirik ki, bu ab-hava 7 noyabrda da saxlanacaq”.

Namizədin 10 mindən çox bukleti paylanıb. Bukletlərdə Ç.Qənizadənin beynəlxalq tədbirlərdə iştirakı, hüquq müdafiəçisi kimi fəaliyyəti haqda məlumatlar əksini tapıb: “İmişlidəki uğurlu görüşlər Beyləqanda da davam edir. Artıq dairə ərazisindəki 30 kənddə görüşlər keçirilib. Bu görüşlərdəki əhval-ruhiyyə deməyə əsas verir ki, dairədəki seçicilərin çoxu səsini Çingiz Qənizadəyə verəcək. Hətta kəndlərin birindəki 99 yaşlı seçici Çingiz Qənizadəyə 100 yaşını deputat kimi onunla qeyd etməyi arzuladığını bildirdi”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər