Daha bir vəzifəli şəxs həbs edildi
19-04-2012, 11:45
Oxunub: 5 586
ƏƏSMN-nin əməkdaşı saxta əlillik dərəcələrinin verilməsini təşkil edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 saylı zona Tibbi-Sosial Ekspert Komissiyasının sədri Ələsgər Səfərli həbs edilib. Hüquq-mühafizə orqanlarından lent.az-a verilən məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırmalar zamanı Ə.Səfərlinin qanuna zidd əməlləri ifşa edilib.
Məlum olub ki TSEK sədri qanunsuz yolla, müəyyən məbləğdə pul qarşılığında bəzi şəxslərə saxta əlillik dərəcələrinin verilməsini təşkil edib. Onun bir neçə bu kimi vəzifə səlahiyyətlərini aşma və saxtakarlıq əməlləri üzə çıxarılıb. Ə.Səfərli həbs edilərək Bakıya gətirilib.
Qeyd edək ki, 29 saylı TSEK Gədəbəy rayonunda yerləşir və qərb bölgəsinin regional idarəsidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər