Salyan rayonunda kütləvi zəhərlənmə baş verib
19-04-2012, 12:00
Oxunub: 5 009
Yas yerinə gələnlər yeməklərdən zəhərlənib
Bu barədə APA-nın yerli bürosuna Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov məlumat verib. Onun bildirdiyinə görə, kütləvi zəhərlənmə aprelin 18-də, Salyan rayon mərkəzindən 45 kilometr məsafədə yerləşən Xıdırlı kəndində keçirilən yas mərasimində baş verib. Yas mərasimində yemək yeyəndən sonra bir çox şəxslərdə ürəkbulanma, qusma, mədə ağrıları müşahidə olunub.
Mərasimdə iştirak edən 14 qadın, 7 kişi Salyan Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Daha 10 nəfər isə Toksikoloji mərkəzə göndərilib. Xəstələrə ilk tibbi yardım göstərilib və onlar evə buraxılıblar.
Yas mərasimində iştirak edənlərdən 31 nəfərin zəhərləndiyi bildirilir. İntiqam Abışovun bildirdiyinə görə, xəstələrdən, eləcə də onların qidalandığı bütün qidalardan nümunələr götürülüb. Nümunələrin analizindən sonra kənd sakinlərinin nədən zəhərləndiyi açıqlanacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər