BolgeXeber.Com » Bölgə » 10-cu sinif şagirdi özünü öldürdü

10-cu sinif şagirdi özünü öldürdü

24-04-2012, 11:45
Oxunub: 4 197 Aprelin 23-də Sabirabad rayonunda intihar hadisəsi olub.

Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, Əsədli kəndində kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Mehman Mehdi oğlu özünü yaşadığı evin həyətində dəmir borudan asaraq intihar edib. Orta məktəbin 10-cu sinif şagirdi olan yeniyetmənin həyatına qəsd etməsinin səbəbləri bəlli deyil. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.