BolgeXeber.Com » Bölgə » Prezident Salyanda yeni qəsəbənin açılışında iştirak edib

Prezident Salyanda yeni qəsəbənin açılışında iştirak edib

1-11-2010, 15:40
Oxunub: 2 939
İlham Əliyev daha sonra Sabirabadda yeni təmir ollunmuş məktəbin açılışına qatılıb

Azərbaycan prezidenti İlham Əliyev bu ilin aprel-may aylarında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Salyan rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün tikilən yeni qəsəbənin açılışında iştirak edib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni salınan qəsəbə barədə prezidentə məlumat verərək bildirib ki, qəsəbədə 68 ailə üçün iki, üç və dördotaqlı fərdi evlər inşa olunub.

Dövlət başçısı qəsəbənin yerləşmə planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxıb.

Prezident İlham Əliyev bu gün həmçinin Sabirabad rayonunun mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlət başçısına rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qeyd edək ki, bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Sabirabad rayonunun Mürsəlli və Şıxlar kəndlərinə də ziyan dəymişdi. Yenidənqurma və bərpa işlərinin aparıldığı dövrdə bu kəndlərdə fərdi evlər və infrastruktur obyektləri inşa olunub.

İlham Əliyev Sabirabadın Mürsəlli kəndində Yusif Qasımov adına orta məktəbin əsaslı şəkildə təmir olunmuş binasının açılışında iştirak edib. Məlumat verilib ki, 320 şagird yeri olan məktəbin ikimərtəbəli binasında uşaqların təhsil alması üçün hər cür şərait yaradılıb. Dövlət başçısı yaradılmış şəraitlə tanış olub.

Daşqınlar zamanı ziyan dəymiş ərazilərdə aparılan tikinti və yenidənqurma işlərinə dair təqdimat olub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad rayonunda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Sonra dövlət başçısı kənd sakinləri ilə görüşüb. Məktəbin direktoru Əhəd Şükürov kənd sakinləri adından prezidentə diqqət və qayğıya görə minnətdarlıq edib.

Daha sonra Prezident İlham Əliyev Şıxlar kənd sakini Ağaşirin Tarverdiyevin yeni tikilmiş evində olub.