Azərbaycanda şok: 15 yaşlı oğlanı 2 il zorladılar
25-04-2012, 13:00
Oxunub: 5 705
Zərdab rayonunda tükürpədici hadisə baş verib.
Bolgexeber.com-un ANS-ə istinadən verdiyi xəbərə görə, Zərdab sakini 2 il öncə 13 yaşında ikən yaşadığı kənddə 5 həmkəndlisi tərəfindən ayrı-ayrı vaxtlarda zorlandığı barədə anasına xəbər verib. O bu addımı 2011-ci ilin dekabrında evlərinə yaxın ərazidə başqa həmkəndlisi tərəfindən şantaj olunaraq, cinsi əlaqəyə zorla təhrik olunmasından sonra atıb.
İki il davam edən cinsi zorakılıqdan sonra 9 fevral 2012-ci ildə azyaşlının anası Zərdab rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, onun azyaşlı oğlu iki ildən artıqdır ki, bir neçə həmkəndliləri və qohumları tərəfindən iki il müddətində qeyri-təbii yolla cinsi əlaqəyə məcbur edilib. Zərərçəkənin atası Ə. M. (ad şərtidir) isə oğlunu zorakılıqda ittiham etdiyi iki nəfərin -istintaqdan yayındığını iddia edir.
ANS-in bu şəxslərdən birinin atası ilə məsələ ilə bağlı danışmaq cəhdi nəticəsiz qalıb.
Zərdab rayon polis şöbəsinin işi aparan müstəntiqi Məsud Rəhimov ittihamlara aydınlıq gətirib. Müstəntiq zorlama faktından çox vaxt keçdiyindən məhkəmə tibbi ekpertizasına və bioloji ekspertiziyaya müraciət olunduğunu bildirib. Ekspertizanın rəyinə görə, adıçəkilən şəxslərdən üçünün günahı subuta yetirilib və onlar məhkəməyə verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi (seksual xarakterli hərəkətlər) ilə cinayət işi açılıb və Zərdab rayon məhkəməsinə təqdim olunub. Faktla bağlı 3 nəfər saxlanılıb. Onların məhkəmədə günahları sübuta yetirilərsə, müttəhimlər 3 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər