Bərdədə şahmat üzrə şəhər birinciliyi keçirilmişdir-FOTO
29-01-2016, 15:16
Oxunub: 6 118
Yarış Isveçrə sistemi üzrə keçirilmişdir
25-28 yanvar 2016-ci il tarixlərdə Bərdə Şahmat Uşaq-Gənclər İdman Məktəbində rayon Gənclər və İdman idarəsinin və Şahmat UGİM-nin birgə təşkilatçılığı ilə şəhər məktəblərinin şagirdləri arasında “2 fevral Gənclər günü”nə həsr olunmuş şahmat üzrə şəhər birinciliyi keçirilmişdir.Keçirilən yarışda 50 nəfər şagird qələbə uğrunda mübarizə aparmışlar.Yarışın açılış mərasimində Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov və Şahmat Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əbülfət Məmmədov çıxış edərək müstəqil Azərbaycanın Gənclər Siyasətinin banısı,ümummilli lider Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə,idmanın və hüsusi ilə şahmat oyununun inkişafına göstərdiyi diqqət və qayğıdan danışdılar və qeyd etdilər ki,Gənclər Siyasəti bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilərək daha geniş vüsət almışdır.Yarışın baş hakimi Əbülfət Məmmədov birinciliyi açıq élan edərək iştirakçılara uğurlar dilədi.
Yarış Isveçrə sistemi üzrə keçirilmişdir.Dörd gün davam edən yarışda topladığı xallara görə I yeri N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Əliyev Şəmsi Zəfər oğlu, II yeri şəhər 8 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Cəfərov Kənan Xəqani oğlu, III yeri isə N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əkbərli Sənan Azər oğlu tutmuşla Qaliblər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər