Cəlilabadda əmək yarmarkası keçirilmişdir
6-02-2016, 11:26
Oxunub: 5 687
Fevralın 5-də Cəlilabad Rayon Təhsil İşçiləri evində əmək yarmarkası keçirilmişdir
Cəlilabad Rayon İcra Hakimiyyəti ilə rayon Məşğulluq Mərkəzinin birgə təşkil etdiyi yarmarkaya rayonun 35 müəssisə və təşkilatından 600 vakant iş yeri çıxarılıb.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,hüquq mühafizə orqanlarının rəhbərləridə iştirak etmişdir.Tədbirdə çıxış edən rayon icra başçı Əziz Əzizov bildirmişdir ki, dünyada hökm sürən iqtisadi böhran Azərbaycana da mənfi təsirini göstərmişdir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi anti-böhran tədbirləri Cəlilabadda əhali tərəfindən razılıqla, nikbin əhval-ruhiyyə ilə qarşılanır. Natiq qeyd etdi ki, dövlət başçısı süni qiymət artımının qarşısını qətiyyətlə almaq üçün təxirəsalınmaz tədbirlər görür, çoxlu sayda sərəncamlar imzalayır. 2016-cı ilin iqtisadi islahatlar ili olacağını vurğulayan cənab Prezident bu ildə də bütün sosial və infrastruktur layihələrinin icra ediləcəyini əminliklə söyləmişdir. Biz iqtisadiyyatımızı elə qurmalıyıq ki, neftdən asılılıq aradan qaldırılsın.İcra başçısı Cəlilabadda əhalinin məşğulluğunu təmin etmək məqsədilə əmək yarmarkalarının keçirildiyi,boş qalmış əkinəyararlı torpaq sahələrinin birləşdirilərək fermer təsərrüfatlarının yaradılmasının əhəmiyyətinin məqsədəmüvafliyini önə çəkdi. Kəndlərdə mövcud potensialın hərəkətə gətirilməsinin, ondan düzgün istifadə edilməsinin vacibliyini qeyd edən İcra başçısı Cəlilabad rayonunda əmək tutumlu sahələrin inkişaf etdirilməsinin yerli əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyəti olacağını söyləmişdir.Əziz Əzizov rayon sakinlərini Cənab Prezidentin siyasətini dəstəkləməyə, ölkə rəhbərinin ətrafında sıx birləşməyə, hər bir vətəndaşı ölkədə gedən proseslərə doğru-düzgün qiymət verməyə çağırmışdır.Rayon ağsaqqalları və ziyalıları çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini, ölkə başçısının həyata keçirdiyi anti-böhran tədbirlərini hamılıqla dəstəklədiklərini söyləmişlərdir.
Cəlilabad Rayon Məşğulluq Mərkəzinin direktoru Hafis Allahyarov bildirmişdir ki,yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək, iş seçimində kömək etmək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarətdir.
Əmək yarmarkasına iş yeri çıxaran müəssisə və təşkilatlarda minimum əmək haqqı 150 manat, maksimum əmək haqqı isə 450 manat təşkil edib. Günboyu davam edən yarmarka zamanı 395 nəfər işsiz və işaxtaran vətəndaşa müvafiq iş yerlərinə göndərişlər verilib, 21 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər