Masallıda torpaq hərracı
7-05-2012, 12:45
Oxunub: 5 903
Hamil Hadıyevi Masallıda pay torpaqlarını xaricilərə satır
Bir müddət öncə mətbuatda Masallı rayonunda torpaqların həracca çıxarılması ilə bağlı məlumatlar dərc olunmuşdu. Masallı rayon Tatyanoba kənd sakinləri ölkə rəhbərliyini müraciət edərək bu haqsızlığa son qoymağı xahiş edirlər.
Kənd sakinlərinin dediklərinə görə, “torpaq yeyən” ləqəbi ilə tanınan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin müdiri Hamil Hadıyev sözün əsl mənasında “torpaq yeyən” imiş. Belə ki, çəkilən şəkillərdən göründüyü kimi, Hamil Hadıyevlə bağlı narazılıqların əsl səbəbi onun əhaliyə məxsus paybəlli torpaqlarını imkanlı şəxslərə satmasıdır.
“Niyə bu ölkədə bir nəfər H.Hadıyevin əməllərini hüquqi qiymət vermir? Niyə vətəndaşların hüquqları belə tapdalanır? Niyə bu ölkədə bir nəfər belə, bu haqsızlığa son qoymaq istəmir?” suallarını mətbuata ünvanlayan şikayətçi sakinlərin sözlərinə görə, onlar dəfələrlə icra başçısının qəbulunda olublar və ondan bu məsələni ölkə rəhbərliyinə çatdırmağı istəyiblər, lakin ortada heç bir əməli iş yoxdur. H.Hadıyevin özbaşına əməlləri isə davam etməkdədir.
Vətəndaşların bildirdiyinə görə, H.Hadıyev daha əvvəllər “işdə yol verdiyi nöqsanlara görə” tutduğu vəzifədən uzaqlaşdırılsa da, daha sonra müəyyən həlləm-qəlləmlə yeni vəzifəyə - Masallı rayon torpaq şöbəsi müdirliyinə təyinat almağı bacarıb.
Bundan əlavə olaraq Hamil Hadiyev yaxın ətrafına bildirib ki, yeni təyin olunan başçı bütün idarə müdirləri kimi mənə də rayonun mərkəzi küçələrindən birinin təmirini, yani asfalt döşəmə və səkilərin hazırlanmasını boynuna qoyub. Bunun da umumi həcmi hardasa 40 min manata yaxındır. Hamil Hadiyev də bu pulu cibindən ödəmək fikrində deyil. Buna görə də torpaqları satmaqla və öz işçiləırindən hərəsindən 3000 min manat almaqla bu pulu çıxarmaq istəyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər