BolgeXeber.Com » Bölgə » Şamaxıda sel fələakəti ilə üzləşmiş 18 nəfər xilas edildi

Şamaxıda sel fələakəti ilə üzləşmiş 18 nəfər xilas edildi

9-05-2012, 11:10
Oxunub: 4 295 Azərbaycanın Şamaxı rayonunun Bağırlı kəndi yaxınlığında yağış və sel sularının intensivləşməsi nəticəsində 9 avtomobil və 18 sərnişin köməksiz vəziyyətdə yolda qalıb.

APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda bildirilib. Nazirliyə məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət, avadanlıq və avtomobillər vasitəsilə 18 nəfəri xilas edilərək, təhlükəsiz əraziyə təxliyyə ediliblər.