Masallı sakinləri prezidentə müraciət etdi
11-05-2012, 13:15
Oxunub: 5 538
«Hamil Hadiyevin əməlləri üzündən 193 nəfər dalaşaraq, polisə düşüb»
Masallı rayonunda bir müddət əvvəldən başlamış torpaq böhranı özünün pik həddinə çatıb. Artıq vəziyyət o qədər pisləşib ki, 10-a yaxın kəndin sakini yaranmış dramatik vəziyyətlə bağlı dövlət başçısı İlham Əliyevdən kömək istəmək məcburiyyətində qalıblar. Belə ki, həmin kəndlərin sakinləri prezidentə müraciət ünvanlayıblar.
Bolgexeber.com-a daxil olan müraciətdə deyilir ki, Masallı rayonunun Xəlfələr, Yeyənkənd, Tatyanoba, Güllütəpə, Yelağac, Yeni Zuvand, Oncakələ, Təzə Alvadı və Köhnə Alvadı kənd sakinləri olaraq, onlar dövlət başçısından yardım istəyirlər. «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin müdiri Hamil Hadıyev özbaşınalıqla məşğuldur. Vətəndaşlara məxsus paybəlli torpaqların zorla başqalarına icarəyə verən şöbə müdiri insanlar arasında ciddi narazılıq yaratmaqla yanaşı, həm də dövlətin yürütdüyü siyasətə qarşı çıxır».
Müraciətdə vurğulanır ki, Hamil Hadıyevin əməlləri sayəsində indiyə qədər 193 nəfər rayon sakini polis orqanlarına aparılıb. «193 nəfər insan torpaq məsələsində yaranmış anlaşmazlıq üzündən dalaşaraq, polis orqanlarına aparılıb. Hətta belə bir söhbət də gəzir ki, Hamil Hadıyev Masallı rayon Polis Şöbəsi ilə əlbir fəaliyyət göstərərək, insanları şərləməklə onlara hədə-qorxu gəlməyə çalışır. Bu tərəfimizdən Sizin yürütdüyünüz siyasətə qarşı atılmış addım kimi qiymətləndirilir».
Müraciətin sonunda dövlət başçısı İlham Əliyevdən 10-a yaxın kəndin sakinləri baş verənlərin qarşısının alınması, torpaq şöbəsinin müdiri Hamil Hadıyevin cəzalandırılması və əhaliyə məxsus paybəlli torpaqların geri qaytarılmasını xahiş edirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər