Zaqatalada partlayış: Yaralılar var
20-02-2016, 11:55
Oxunub: 4 673
Hadisə yerinə texnika və canlı qüvvə cəlb edilib
Zaqatalada fərdi yaşayış evində partlayış olub, iki nəfər yanıq xəsarəti alıb.
Bolgexeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 19-dan 20-nə keçən gecə rayonun Danaçı kəndində yerli sakin İsmayıl Yumuxova məxsus, ümumi sahəsi 330 kv/m olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən qarışıq mallar mağazasında alovla müşahidə edilən partlayış baş verib.
Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Partlayış zərbəsinin gücündən mağazanın qapı və pəncərəsi dağılıb.
Partlayış baş verən zaman yaranan alovdan İsmayıl Yumuxov və Cəbrayıl Kaştayev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Zaqatala rayon DYMH-dən bildirilib ki, partlayışa qaz sızması səbəb olub.
Zaqatala RMX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən İsmayıl Yumuxova hər iki əlin və sifətin 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Cəbrayıl Kaştayevə isə hər iki əlin və sifətin 1-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti yüngül olduğundan müayinədən sonra o, ambulator müalicə almaq şərtilə evə buraxılıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər