BolgeXeber.Com » Bölgə » Bərdə Mədəniyyət Mərkəzində ABŞ teatrı tamaşa təqdim edib-FOTO

Bərdə Mədəniyyət Mərkəzində ABŞ teatrı tamaşa təqdim edib-FOTO

22-02-2016, 17:18
Oxunub: 5 491 Bərdə Mədəniyyət Mərkəzində ABŞ teatrı tamaşa təqdim edib-FOTOBərdə rayon Mədəniyyət Mərkəzində Bond Street Teatrı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə “Sülh naminə icma dramı” proqramı çərçivəsində hazırlanmış “Ay dövriyyələri” adlı tamaşa təqdim etdi

Tamaşa sözün əsil mənasında böyük marağına səbəb oldu və izləyicilərin hər biri sonda tamaşadan böyüz zövq aldıqlarını bildirdilər. Ən sonda tamaşaçılar gül dəstələrini öz pərəstiş etdikləri obrazlara təqdim etdilər.

Layihə ABŞ-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Səfirləri Proqramı və Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə əməkdaşlıq məhsuludur və ABŞ-ın Azərbaycandakı səfirliyinin sponsorluğu ilə hazırlanmışdır.

Bond Street Teatrı 1976-cı ildə Joanna Sherman və Patrick Sciarratta, eləcə də innovativ teatr həvəskarları olan və bəşəriyyətə fayda vermək niyyəti daşıyan bacarıqlı, sosial cəhətdən məsuliyyətli aktyorlardan ibarət bir qrup tərəfindən yaradılmışdır.

Bond Street Teatrı vaxtının əksər hissəsini beynəlxalq tədbirlərə sərf edir, dünyanın müxtəlif ölkələrindən olan yerli teatr aktyorları ilə əməkdaşlıq edir və icma əsaslı incəsənət layihələr təşəbbüsləri irəli sürür. Teatr əsaslı layihələr yaratmaq və incəsənət-humanitar proqramların dayanıqlığının təmin edilməsi məqsədilə müvafiq təlimlər təşkil edir. Layihələr dünyanın müxtəlif bölgələrini təmsil edən aktyorlar ilə yaradıcı assosiasiyalar vasitəsilə sülhü və mədəniyyətlər arası anlayışı təşviq etmək məqsədini daşıyır.
Bolgexeber.com