"Uşaq birliyi" rəhbərləri ilə toplantı keçirildi-Hacıqabulda
3-03-2016, 19:24
Oxunub: 1 992
Hacıqabul rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun təşkilatçılığı ilə 03.03.2016-cı il tarixində Hacıqabul şəhər 10 saylı tam orta məktəbdə rayonun bütün məktəblərinin Uşaq birliyi rəhbərlərinin iştirakı ilə toplantı keçirildi
Toplantını giriş sözü ilə rayon Təhsil şöbəsinin əməkdaşı Günel Mustafayeva açdı, sonra sözü Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyevaya verdi.Aytən xanım əvvəlcə rayonda təşkil olunan Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun məqsədindən, yaranma səbəblərindən, əsas iş prinsiplərindən söz açdı.Sonra bütün rayon məktəblərinə göndərilən elanlar: “İstedadlar axtarırıq” adlı müsabiqə və “Debat” oyunu haqqında söhbət açıldı.Uşaq birliklərinin rəhbərlərinə tapşırıldı ki, əsasən məktəblərdə fəal, kreativ, yaradıcı, istedadlı gənclərin tapılıb üzə çıxarılmasında əsas iş onların üzərinə düşür.Mərkəzin direktoru onları bu işlərdə fəal olmağa, gənc istedadları üzə çıxarmağa və onlar haqqında məlumatı rayon Təhsil şöbəsinə və rayon Heydər Əliyev Mərkəzinə verməyi tövsiyyə etdi.Sonra bir-bir Uşaq birliyi rəhbərləri onları maraqlandıran suallarla müraciət etdilər.Qarşıda duran məsələlər birlikdə müzakirə olundu.
Bolgexeber.com


Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər